Newscenter.az.11.07.2019. 2019-cu ilin I yarısında Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçı hüquqlarının qorunması, vətəndaşların elektrik enerjisi təchizatı, qazlaşdırma və digər məsələlərlə bağlı1847 müraciət daxil olub.
Bu müraciətlərin 889-elektrik enerjisi, 434-u təbii qaz təchizatı, 524-ü isə digər məzmunlu məsələləri əhatə edib. Daxil olan müraciətlərdən 98-ni qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubları təşkil edib.
Newscenter.az-a nazirlikdən verilən məlumata görə. elektrik enerjisi üzrə müraciətlər elektrik sayğaclarının quraşdırılması, borc və ya cərimələrin hesablanması, enerji təchizatı şəbəkəsinə qoşulma,elektrik enerjisinin keyfiyyəti və enerjitəchizatında yaranan fasilələr, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması və elektrik enerjisi verilişində yaranan digər çatışmazlıqlarla bağlı olub.
Qaz təchizatı ilə bağlı qeydə alınmışmüraciətlər isə əsasən qaz xəttinə qoşulma, qaz təchizatında yaranan fasilələr, qaz sızması, qaz sayğaclarının quraşdırılması, borc və ya cərimələrin hesablanması və təbii qazın verilişi ilə bağlı digər məsələləri əhatə edib.
Bu dövrdə 116 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib. Ümumilikdə isə 1680müraciət Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindənaraşdırılaraq cavablandırılıb.
2019-cu ilin I yarısında həmçinin Energetika naziri və nazir müavinləri tərəfindən vətəndaş qəbulu həyata keçirilib.Paytaxt və regionlarda - Şirvan, Lənkəran, Masallı, Lerik, Xaçmaz, Quba, Siyəzən şəhərlərində keçirilmiş qəbullar zamanı 150-ə yaxın vətəndaş qəbul edilib, onların müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun lazımi tədbirlərin görülməsi üçün nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
Hesabat dövründə Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə nazir, nazir müavinləri və digər rəhbər vəzifəli şəxslərin 2019-cu il üzrə vətəndaş qəbulu qrafiki yenilənib və nazirliyin saytında yerləşdirilib.Bundan əlavə,bölgələrdə təşkil olunmuş qəbullar barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün KİV-lərdə, Energetika Nazirliyinin rəsmi internet və facebook səhifələrində elanlar verilib, nazirliyin saytında vətəndaşların qəbulu üçün elektron müraciətlərin onlayn qeydiyyata alınması məqsədilə imkanlar yaradılıb.