Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mübariz Qurbanlı Qaxda vətəndaşları qəbul edəcək



Newscenter.az.11.07.2019. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 30-da Qax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Newscenter.az-a Dini Komitədən bildirilib ki, qəbul 25 iyul tarixində keçiriləcək.

Qeyd edək ki, DQİDK sədrinin müavinlərinin keçirəcəyi vətəndaş qəbullarının tarixi dəyişilməz olaraq qalıb. Qəbullar 30 iyul tarixində Zaqatala və Balakən rayonlarında keçiriləcək.
Xəbəri paylaş