Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yüksək toksiki-ekoloji təhlükəli preparatların tətbiqi üzrə cavabdeh şəxslərlə AQTA-da görüş keçirilib



Newscenter.az.11.07.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) yüksək toksiki-ekoloji təhlükəli preparatların tətbiqi üzrə regional bölmələrin cavabdeh şəxsləri ilə görüş keçirilib.

Newscenter.az-a AQTA-dan bildirilib ki, pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər bitki mühafizə vasitələrinin istehsalına, saxlanmasına, satışına, tətbiqinə, idxal-ixracına, həmçinin bütün növ bitkiçilik məhsullarında, yemlərdə, yem əlavələrində və torpaqda qalıq miqdarına nəzarət tədbirləri ilə bağlı iştirakçılara məlumat verilib.

Bildirilib ki, yüksək toksiki-ekoloji təhlükəli peraparatların və onların analoqlarının tətbiqi yalnız Agentliyin regional bölmələrinin müvafiq rəyi və nəzarəti altında həyata keçirilməlidir.

Eyni zamanda, bu sahədə fəaliyyət göstərən sahibkarlara, həmçinin şəxsi təsərrüfatla məşğul olan şəxslərə mütəmadi dəstək göstərilməsinin zəruriliyi qeyd olunub.
Tədbirdə “Pestisidlərdən istifadə zamanı təhlükəsizlik və şəxsi gigiyena qaydalarına dair” təlimat paylanıb.

Agentliyin regional bölmələri üzrə cavabdeh şəxslər fəaliyyətləri zamanı həmin təlimatdan istifadə edəcək, bu sahədə fəaliyyət göstərən sahibkarların, həmçinin kəndlilərin dəstəklənməsi istiqamətində lazım olan bütün tədbirləri həyata keçirəcəklər.
Orxan
Xəbəri paylaş