Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fövqəldövləti idarə edən Siyasət Dahisi



Newscenter.az.12.07.2019
. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə qazandığı yüksək təcrübə, möhtəşəm idarəçilik qabiliyyəti keçmiş ittifaq rəhbərliyinin diqqətini cəlb etməyə bilməzdi. Onun qeyri-adi iş üslubu, fədakarlığı, qətiyyətli qərarları SSRİ rəhbərliyində geniş əks-səda doğurmuşdu. Çümki Heydər Əliyev idarəetmədə, siyasətdə, iqtisadiyyatda, islahatlarda yeniliyi tətbiq edir, müasir meyarlara üstünlük veriridi. Heydər Əliyev həm də çox təmkinli idi, müasirlik və mütərəqqi islahatların tərəfdarı kimi həyata keçirdiyi proqramları, tədbirləri ölçər-biçər, böyük uzaqgörənliklə hansısa problemin baş verməsinin qarşısını alardı.

Müasirlik və təşəbbüskarlıq, yeni yanaşmaların tətbiqi və idarəetmədə digər nadir keyfiyyətlərlə özünü doğruldan siyasət dahisini məhz buna görə də, keçmiş SSRİ-nin ən yüksək məsul vəzifələrindən birinə təyin etdilər.

Ulu öndər Heydər Əliyevin Moskvadakı fəaliyyəti daha geniş, ümumittifaq və ümumdünya miqyasında əhatə etmişdir. ABŞ-da nəşr olunan bəzi kitablarda Heydər Əliyev, Yuri Andropov və Dmitri Ustinov sovet siyasətinin həyata keçirilməsində "triumvirat" da adlandırılır. Heydər Əliyev idi.
Heydər Əliyev özünə inamı, siyasi məsələləri həll etmək bacarığı, praktikliyi, fiziki və intellektual imkanları, zahiri görünüşü ilə Kremlə kişilik potensialı gətirdi. Hündür, enlikürək, ağıllı, gözəl hərbi karyerası olan, ingilis tipli kostyum geyinən, ipək qalstuk taxan, cazibəli gözləri olan Heydər Əliyev biliyi, işgüzarlığı, yorulmazlığı ilə qətiyyəti ilə əvəzolunmaz idi.

Ümummilli lider Heydər Əliyev 1982-1987-ci illərdə Moskvada işlədiyi illərdə Azərbaycanı daim diqqətdə saxlayır, problemlərini həll edir, respublikanın maddi-texniki inkişafına, mədəni tərəqqisinə qayğı göstərirdi. O, bu barədə deyirdi: "Moskvada 5 ildən artıq işləyərkən, yenə də Azərbaycana himayədarlıq etmişəm".

Heydər Əliyev sovet rəhbərliyində ən yüksək vəzifəyə ucalmış yeganə azərbaycanlı türk, müsəlman dır, görkəmli əvəzolunmaz şəxsiyyətdir. Onun dahiliyini, möhtəşəmliyini və azərbaycanlı kimi həqiqi vətənsevərliyini və əsil xalq fədaisini olduğunu Moskvada işlərkən Azərbaycanın milli maraqlarını təmin etməsi, respublikamızın rifahı və tərəqqisi üçün çalışmasında görmək mümkündür. Böyük siyasət ustadı bununla bağlı sonralar deyirdi: "Mən on il Moskvada yaşadım, özü də ən yüksək vəzifədə işlədim. Azərbaycan xalqının, müsəlman aləminin tarixində nə keçmiş rus imperiyası dövründə, nə də Sovet İttifaqının hakimiyyəti zamanı o cür zirvəyə çatan azərbaycanlı, müsəlman olmamışdır. Bu, da tarixdir. Bəziləri deyirlər ki, Heydər Əliyev Siyasi Büronun üzvü olubdur və sairə. Bəli, olmuşam. Mən bununla fəxr edirəm. Çünki Azərbaycan xalqını tanıtmışam, Azərbaycan xalqını Kremlin sarayında qaldırmışam. Bununla fəxr edirəm. Mən orada on il yaşadım, ancaq mənim ürəyim də, gecəm də, gündüzüm də Azərbaycanla oldu. Çünki Azərbaycan mənim doğma Vətənim, torpağımdır".

Vaqif Abdullayev, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Xəbəri paylaş