Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Partiya sədrindən erməni nazirə çağırış



Newscenter.az.12.07.2019. İşğalçı Ermənistanın provokator xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Slovakiyada keçirilmiş qeyri-formal Nazirlər görüşündə çıxışı zamanı "Dağlıq Qarabağ münaqişəsinin insanlara aid olduğunu və orada yaşayanların insan hüquqlarının müdafiə olunması" məsələsini dilə gətirməsi absurdudur.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki, çünki Z.Mnasakanyanın haqqında bəhs etdiyi torpaqlar Azərbaycanın işğal olunmuş əraziləridir:

“Bütün dünya bilir ki, bu torpaqları Ermənistanın silahlı qüvvələri işğal edib. Nəticədə isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən erməni vətəndaşlarımız yox, məhz azərbaycanlı vətəndaşlarımız - o torpaqların tarixi sahibləri qaçqına, məcburi köçkünə çevriliblər. Həmin məcburi köçkünlərdən biri də şəxsən mən özüməm. Əsl erməni xislətini nümayiş etdirən Z.Mnasakanyanda əgər zərrə qədər də ədalət və insanlıq sifəti varsa, o zaman buyursun ilk növbədə təmsil etdiyi Ermənistanın işğalçılıq siyasətinin ucbatından öz yurd-yuvalarından didərgin düşmüş biz azərbaycanlıların insan hüquqlarından bəhs etsin. Ermənistanın baş diplomatı cəfəngiyyatla və demaqogiya ilə məşğul olub ATƏT rəsmilərinin gözlərinə kül üfürməkdənsə, yaxşı olar ki, ATƏT məkanında insan hüquqları və demokratik dəyərlərin qorunması prinsipinə hörmətlə yanaşsın. Mən ermənistanlı naziri ilk növbədə insan, sonra isə diplomat olmağa çağırıram”.
Xəbəri paylaş