Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Ermənilərin bütün niyyətlərini alt-üst etmişik" - Diaspor sədri



Newscenter.az.24.07.2019. Avropada bir çox diaspor təşkilatlarımız var, yetərincədir. Amma yerli mediada onların fəaliyyətsizlikləri ilə bağlı çox yazılıb, tənqid edənlər də var, işlərini tərifləyənlər də. Hansısa bir tədbir keçirməklə Azərbaycan mediasının “gündəm”ini zəbt edib özünü reklam edənlərin sayı da az deyil. İldə bir neçə dəfə - bayramdan-bayrama və yaxud da Xocalı soyqırımının anım günündə peyda olan, tədbir keçirib özünü göstərən diaspor təşkilatlarımız da var.

Bu dəfə İspaniyada fəaliyyət göstərən diaspor təşkilat sədrlərindən biri – Vahid İmanovdan bəhs edəcəyik. Çoxumuz onu tanımaya da bilərik, çünki ucuz reklam dalınca qaçanlardan deyil. Azərbaycan, azərbaycançılıq ideologiyası, milləti və xalqı üçün gördüyü hər bir işı şişirdənlərdən deyil.

Vahid İmanov 2004-cü ildən İspaniya Krallığının Junta de Castillo Leon əyalətinin Burgos bölgəsinə bağlı Medina de Pomar şəhərində yaşayır. İspaniyada təhsil aldığı sahə üzrə fəaliyyət göstərir. 10 ilə yaxındır ki, tikinti sığorta firmasında baş mühəndis vəzifəsində çalışır. Eyni zamanda İspaniya Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyası (ACAE) direktorlar Şurasının daimi üzvü, yaşadığım bölgə üzrə ACAE direktoru (Junto y Leon de Castillo), Qərbi Azərbaycan İctimai Birliyinin İspaniya üzrə səlahiyyətli nümayəndəsi, sosial şəbəkədə İspaniya Azərbaycanlıları Birliyinin yaradıcı adminidir. 1976-cı ildə Ağsu rayonu, Nuran kəndində ziyalı ailəsində dünyaya göz açıb. 16 ildən artıqdır ki, İspaniyada yaşayır. Bəs diaspor sahəsinə baş vurmasının səbəbləri nədir?

- Mənim diaspor quruculuğu işində özümü göstərməyim Azərbaycana, millətimə və xalqıma olan sevgidən irəli gəlib. Harada, hansı ölkədə, hansı zirvədə olmağıma baxmayaraq, qəlbim Azərbaycanla döyünür, Azəraycan mənim damarlarımda axan qanımdır. Torpağımızı, vətənimizi anamızı sevdiyimiz, qoruduğumuz kimi qorumalıyıq. Vətən bizim namusumuz, qeyrətimizdir, biz Azərbaycan torpağında dünyaya göz açmışıq, onun çörəyini yeyib, suyunu içmişik. Bu gün dünyanın dörd bir tərəfində azərbaycanlılar var, səpələnmişik. Amma ürəyimizdə bir vətən sevgisi olmalıdır, Azərbaycanımızı unutmamalıyıq, ona xidmət etməliyik, onun müstəqilliyi, bütövlüyü uğrunda mübarizə aparmalıyıq. Bu yolda inamla addımlayıram, qarşıma çox manələr çıxıb, Allahın və sədaqətli dostlarımın köməyi ilə ayaqda durmağı bacarmışam, aciz olmamışam, qorxmamışam.

- Necə fikirləşirsiz, bu illər ərzində vətəni İspaniyada yetərincə təbliğ edə bilmisənmi?

- Avropada Azərbaycan həqiqətlərini yaymaq, ermənilərin işğalçılıq siyasətini ifşa etmək kənardan asan görünməsin. Bizim Avropada diaspor sahəsində təşkilatlanma işimiz 20-25 il öncəyə təsadüf edir. Amma erməniləri 100 illərdir bu sahədə oturuşublar, Avropada lobbizmdə möhkəmləniblər. Erməni mifini dağıtmaq , yalanlarını ifşa etmək üçün güclü təbliğat aparmağa böyük ehtiyac duyulur. Açığını deyim, ermənilər bu sistemdə formalaşmış, təşkilatlanmış şəkildə iş aparırlar. Bu məsələdə bir-birlərinə dəstək dururlar, eyni zamanda Ermənistan hakimiyyətindən də dəstək alırlar, külli miqdarda vəsait xərcləyirlər. Şəxsən mənə gəldikdə, burada yaşadığım müddətdə heç bir yerdən dəstək almasam da, bacardığımı etmişəm və edəcəyəm də. Zaman vardı, İspaniyada Azərbaycanın harada yerləşdiyini belə bilmirdilər, cəmiyyətin Azərbaycana bağlı təsəvvürləri yoxuydu. Bu gün apardığımız işlərin nəticəsi olaraq Azərbaycan İspaniyada tanınır. Bu tanıtım təkcə bizim yox, Azərbaycan hakimiyyətinin dünyada yürütdüyü siyasətlə də bağlıdır. O siyasəti də burada təbliğ edirik. Azərbaycanın dünyada mövqeyinin güclənməsi bizi vətənimizi burada tanıtmaqda ruhlandırır.

- İspaniyada necə diaspor təşkilatımız var və onlarla iş birliyindəsinizmi, yoxsa digər bəzi ölkələrdə olduğu kimi İspaniyada da diaspor təşkilat sədrləri arasında birlik yoxdur.

- İspaniyada 6-7 diáspor təşkilatı var, amma onlardan yalnız 3-4-ü aktiv fəaliyyət göstərir. Biz ölkədəki bütün diaspor təşkilatlarımızla iş birliyində, əməkdaşlıq etməkdə maraqlıyıq. Amma təəssüflər olsun ki, bizimlə eyni yolda addımlamaq istəməyən təşkilatlar da var ki, onları buna məcbur edə bilmərik. Bilirsiz, vətənə, dövlət və dövlətçiliyə xidmət etmək könül işidir, bu ürəkdən gəlməlidir, kimisə bu işə məcbur edə bilmərik. Ona görə də, kim bizim yanımızda sonadək dayanıb Azərbaycana xidmət etmək istəyirsə, əlimizi ona uzadırıq. Amma bu birliyimizi gözü götürməyənlər də tapılır ki, onlar da tezliklə tərəfimizdən ifşa olunurlar.

- Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İspaniyada səfərdə olub və orada Koordinasiya Şurası yaradılıb. Bu addım İspaniyadakı diaspor təşkilatların fəaliyyətinə necə təsir göstərə bilər?

- May ayında Diaspora Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti İspaniyada oldu və geniş tərkibdə görüş keçirildi və sonda diaspora fəalları Koordinasiya Surasının yaradılmasına səs verdilər. İki nəfəri bir illik müddətinə koordinator seçdik və onlar da ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə söz verdilər. Fikrimcə, bu proses İspaniyada diaspor quruculuğu və təkmilləşmə işində canlanma yaratmalıdır. Mənim fikrimcə, verilən söz layiqincə yerinə yetirilərsə, ümumi işin xeyrinə olacaq, əgər bütün işlər koordinasiya olunacaqsa, məqsəd eyni hədəf olarsa...

- Bizdə olan məlumata görə, sizin həmin tədbirdə Azərbaycanın İspaniyadakı səfirinə iradınız olub. Mümkündürsə bu barədə açıqlama verərdiniz. İrad söylənməyinizə səbəb nə idi?


- Bəli, həmin tədbirdə mənim səfirimizə iradlarım olub. Mənə qarşı olan haqsızlıqları dilə gətirmişəm və buna son qoyulmasını istəmişəm. Bu haqsızlıqlardan geniş bəhs etmək fikrində deyiləm. Mən sadəcə vətənimə bağlı olan biriyəm və adımın hansısa məsələlərdə dəlilsiz hallandırılmasına razı ola bilmərəm. Bu mənim imicimə, tutduğum mövqeyimə xələl gətirə biləcək məqamlardır.

- Ümumiyyətlə, Komitənin fəaliyyəti sizi qane edirmi? Hansı çatışmayan cəhətlər var ki, Komitə onlar üzərində işləməlidir..


- Komitənin fəaliyyəti məni qane edir, düzdür, çatışmayan cəhətlər də, nöqsanlar da var. Bu nöqsanları aradan qaldırmaq üçün Komitə ilə yaxından əməkdaşlıq etməliyik, onları birlikdə aradan qaldırmalıyıq. Bütün məsuliyyəti komitənin üzərinə yıxmağın özü də bir ədalətsizlikdir.

- 2016-cı il Aprel döyüşlərində vətənə gəlib könüllü döyüşə getmək istəmisiniz…

- Hər birimiz vətənin əsgəri olmalıyıq. 16 yaşımda könüllü olaraq Birinci Qarabağ müharibəsində iştirak etmişəm. Aprel döyüşlərində vətənə gəldim və lazımı orqanlara keçmiş döyüşçü kimi müharibəyə getmək istəyimi bildirdim. Müraciətimi yüksək qiymətləndirdilər, lakin hələlik mənim kimi könüllülərin döyüşlərdə iştiraka ehtiyac olmadığını bildirdilər. Bunu da ordumuzun qüdrəti ilə əlaqələndirdilər. Bildirdilər ki, Azərbaycan ordusu istənilən an düşmənə layiqli cavab verməyə qadirdir. Ona görə də yenidən xaricə qayıtdım. Bu gün də Ali Baş Komandanımız əmr versə ki, işğalçılara qarşı hər birimiz vuruşmalıyıq, inanıram ki, mənim kimi yüzlərlə vətənpərvər oğullarımız həmin çağırışa müntəzirdirlər.

- İspaniyadakı ermənilərin bizim diaspor təşkilatlarına, ümumiyyətlə, oradakı azərbaycanlılara münasibəti necədir. Yəni kecirdiyiniz tədbirlər, həqiqətlərimizin yayılması onlar tərəfindən necə qarşılanır..

- Avropada ermənilərin güclü formalaşdığı ölkələrdən biri də İspaniyadır. Hər zaman ermənilər qarşımızı kəsməyə çalışıblar, tədbirlərimizi əngəlləməyə cəhdlər göstəriblər, aramıza nifaq salmq, bizi İspaniya hakim dairələri yanında gözdən salmaq istəyiblər. Amma bütün cəhdləri uğursuz olub. Biz onların bütün niyyətlərini alt-üst etmişik. Bilirsiz, heç bir ölkədə yaşayan azərbaycanlı erməni qarşısında aciz deyil, sadəcə bir az özündə mübariz hissini oyatmalıdır, erməninin güclü dayaqları, vəsaiti heç birimizi qorxutmamalıdır. Onlar dünyanın ən qorxaq və satqın millətidir. Əməlimiz və mövqeyimizlə İspaniyada qarşımızda diz çökdürdüyümüz ermənilər az olmayıb.

- Uğurlarınıza azərbaycanlılar tərəfindən sevinməyənlər varmı?

- Təbii ki, var. Onlar bizim güclü diaspora təşkilatlanmağımıza yarasa gözüylə baxıblar, gözləri götürməyib bizi, uğurlarımıza sevinməyiblər. Amma sonradan düz yolda olmadıqlarını da başa düşənlər, peşmançılıq hissi yaşayanlar da olub.

- Hansısa tədbirlərdə və ya görüşlərdə ermənilərlə üz-üzə gəlmisizmi?


- Bəli, olub. Bir hadisəni xatırlayım. 2008-ci ilin sonları idi. Təsadüfən xəbər tutdum ki, İspaniyanin Soriya (ermənilərin kompakt yaşadığ şəhərlərdən biri) şəhərində ermənilər yerli əhali arasında anti-Azərbaycan təbliğatı aparırlar. Bu da mənə təsir etdi və dərhal o şəhərə getdim. Ermənilərlə açıq savaşa girdim, sonu qanla nəticələndi, bir erməni diaspora rəhbərini bıçaqladım. Onlarla ancaq bu şəkildə davranmaq lazım idi, qorxub geri çəkildilər və inanmırdılar ki, azərbaycanlı İspaniyanın bir şəhərindən digər şəhərinə gəlib Azərbaycan əleyhinə danışanları susdursun. Mən İspaniya qanunlarının tələblərinə uyğun olaraq cəzamı çəkdim. Amma ermənilərə imkan vermədim ki, Azərbaycanla bağlı yalanlar söyləsinlər. Bu hadisə ermənilərə dərs oldu. Başqa bir hadisə ilə bağlı ermənilər məndən İspaniya polisinə şikayət etmişdilər. Deməli, İspaniyada Ermənistan səfirliyinin sosial səhifəsində Xocalı soyqırımı və ermənilərin işğalçılıq siyasəti ilə bağlı mətnlər yerləşdirdim. Onlar da şikayət etdilər. Sonda onların haqsız olduqlarını sübuta yetirdim.

Bilirsiz, çoxu elə başa düşər ki, Vahid erməni diaspora rəhbərinə xəsarət yetirməklə düz iş görməyib. Buna görə məni qınayanlar da tapılar ki, demokratik və insan haqlarına dəyər verən Avropanın bir ölkəsində azərbaycanlı diaspora sədrinin belə bir iş törətməsi düzgün deyil. Mən isə belə fikirləşməzdim, bunu başqa xalqın nümayəndəsinə qarşı etsəydim, qınayanlarla razılaşardım. Amma erməni harada olursa olsun, erməniliyini gizlətmir və türklərə qarşı nifrətini müxtəlif formalarda büruzə verir. Ermənini dillə düz yola dəvət ediriksə və o başa düşmürsə, məkrli niyyətindədirsə, heç bir beynəlxalq hüquq normalarına riayət etmirsə, onunla başqa dildə danışmaq lazımdır. Bu gün Dağlıq Qarabağ münaqişəsinin sülh yolla həllinə çalışırıq. Yox, ermənilər buna göz yumarlarsa və danışıqlardan imtina edərlərsə, torpaqlarımızı işğalda saxlamaqda davam edərlərsə, təbii ki, silaha əl atmaq məcburiyyətində qalacağıq. Bunu bizim Ali Baş Komandanımız da bəyan edib. Hər bir azərbaycanlı dünyanın harasında olursa olsun, bayrağını, vətənini, torpağını qorumalıdır.

Cavid
Xəbəri paylaş