Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan güclü olmağa məhkumdur



Newscenter.az. 15.07.2019
. Azərbaycan və Gürcüstan arasında əlaqələrin gərginləşməsinə üçüncü tərəfin maraqlı olması aydındır. Rusiya Cənubi Qafqazı blokadada saxlamaq üçün Gürcüstanda bütün rıçaqlardan yararlanır. Son illər Gürcüstanda Gürcü Marşı və Gürcü Vətənpərvərlər Alyansı kimi qruplar aktiv rusyönümlü mövqe sərgiləyirlər. Gürcü Marşı ölkənin Avro-Atlantik inteqrasiyasına qarşı çıxır və Rusiya ilə yaxınlaşmağı zəruri sayır. Həmçinin Gürcü Vətənpərvərlər Alyansı da Abxaziya və Osetiya münaqişəsinin həlli naminə yalnız Rusiya ilə kompromisi üstün hesab edir. Əgər fikir versək son 1 həftə ərzində Vətənpərvərlər Alyansının bir-neçə deputatı Moskvada səfərdə olub. Gürcüstanda Anakliya limaninin inşa edilməsi ideyası, burada ABŞ-ın baza açmaq arzusu, Qara dənizdə güclənməyə başlayan NATO dövlətləri Rusiyanı narahat edir. Moskva nə yolnan olursa olsun Qara dənizdəki gücünün balanslaşmasını arzulamır və buna görə Gürcüstandaki dini və milliyətçi qruplardan istifadəyə davam edir. Bir amili də unutmuyaq ki, Gürcülərdə dini hisslər milliyətçi ideyalarla parallelik təşkil edir. Son günlər Rusiyanın Geo Avrasiya ideyalarının müəllifi Duqinə yaxınlığı ilə seçilən Abaşidze də ölkəyə qayıdıb və ölkədə fəallaşmaqdadır. Həmçinin Rusiya Cavaxetiya ermənlərindən də aktiv istifadə edir. Onlar Gürcüstana güclü inteqrasiya edib və yüksək vəzifələrdə çalışırlar. Rusiya gözəl anlayır ki, Gürcüstanda təsir mexanizmləri daha ciddidir və burada nəzarəti ələ almaq ümumi regionun Qərb qapısını bağlamaq deməkdir

İvanaşvilidən sonra Gürcüstanda Rusiyadan iqtisadi aslılıq da artıb. İllik turistlərin hardasa 20%-i Rusiyalıdır. Üstəlik bu Gürcüstan iqtisadiyyatına yarım milyarda qədər divident gətirir. Gürcüstan kimi iqtisadiyyatı kiçik olan dövlətlər üçün ciddi rəqəmdir. Gürcüstanın maliyyə bazarında, telekommunikasiya sahəsində, mineral su doldurma şəbəkəsində rus şirkətlərinin payı artır. Batumidə rus investisiyaları artıb. Həmçinin kapitalın çoxu son illər məhz Rusiyadan cəlb olunub. Bütün bunlar Rusiyadan ciddi iqtisadi aslılığı ortaya qoyur. Bu isə Azərbaycan üçün ürəkaçan deyil.

Bu günkü insidentlə bağlı onu vurğulamaq istəyirdim ki, Gürcüstan səfiri XİN-ə çağırılmalı ona Azərbaycanın etiraz notası çatdırılmalı və Gürcüstan azərbaycanlıları prosesə etiraz etməlidirlər. Həmçinin Azərbaycan monastr kompleksini müəyyən müddətə bağlamalı və Gürcüstan-Azərbaycan delimitasiya kommisiyası daha ciddi və sərt şəkildə ortaya öz şərtlərini qoymalıdır. Azərbaycan və Gürcüstan birlikdə sərhəd xəttində təxribata cəhd edən şəxsləri müəyyən etməli onları qara siyahıya salmalıdır. Bundan əlavə sərhəd məntəqəsində xəbərdaredici addımlar atmalıdır.Gürcüstan tərəfinə vətəndaşlarının təxribat yönümlü hərəkətlərin qarşısının alınması üçün addımlar atması tələb edilməlidir.

Gürcüstana təsir etməyin digər formulu isə Gürcüstan azərbaycanlılarına dəstəyi artırmaq, onların yaşadığı bölgələrə investisiyalar yatırmaqdır. Bu investisiyalar o bölgənin iqtisadi rifahi və azərbaycanlıların həmin bölgədə qalması üçün şərait yaradacaq. Azərbaycan çalışmalıdır ki, Gürcüstan türkləri Gürcü cəmiyyətinə güclü inteqrasiya etsin. Gürcüstanda bu addımlar Azərbaycana yumşaq gücə imkan verəcək. Digər mühüm məsələ AB-la sazişin tez bir zamanda imzalanmasıdır. Qonşuların qarşısında qətiyyətli addımlar atmaq üçün güclü olmalıyıq, bu regionda sağ qalmaq üçün güclü olmağa məhkumuq.
Kamran Sultanlı, müstəqil ekspert
Xəbəri paylaş