Newscenter.az.16.07.2019. 1989-cu ildə Qarabağda Topxana meşəsini ermənilər zəbt edəndə provakasiyadı, təxribatdı deyildi. Onda da erməniləri Rusiya təhrik edirdi, ekstermistlər vasitəsi ilə Topxana ətrafında məsləni qızışdırırdılar. Azərbaycanlıları prosesdən uzaqlaşdırmağa çalışdılar.Oradakı azərbaycanlılardan ov tüfənglərini yığdılar ki, ermənilərə qarşı təxribata getməyin. Həmin təxribat 20% torpaqlarımızın işğalına gətirdi və hələdə bu təxribat cəbhə xəttində davam edir. Bu təxribatlar nəticəsində 40 minə yaxın şəhidimiz, bir milyon qaçqınımız var.
Gürcüstanla sərhəddə eyni analoji hal davam edir. Eyni ssenaridi, ruslar gürcü eksterimistləri Keşişçidağa göndərib təxribat edirlər. Bizədə bu təxriabta getməməyi deyilir. Nəticədə görəcəyik ki, Borçalıdan azərbaycanlıların kütləvi köçü baş verib, gürcülər oradakı azərbyacanlı kəndlərə hücümlar təşkil edir. Yenədə təxribata getməyək deyiləcək.
Cənubi Qafqazda yeni ssenari hazırlanır. 90-cı illərin əvvələrində bizi ermənilərlərlə üz-üzə qoydular. Ssenari baş tutdu. İndi isə, Kreml bizi gürcülərlərlə üz-üzə qoyur. Prosesdə erməni barmağıda var. Bu təxribat deyil, bu böyük saraylarda işlənmiş xalqımıza və dövlətimizə qarşı çox məkrli plandı. Mütləq şəkildə provakotorlar güllələnməli, ərazilərimiz müdafiə olunmalıdır. Yoxsa, belə getsə Keşikçidağ məlum qüvvələr tərəfindən Gürcüstana güzəştə gediləcək. Bundan sonra Gürcülər Zaqatala və Qaxa birləşdirilməsi üçün kütləvi sərhəddə axın edəcəklər. Çünki, Gürcüstanda Zaqatala və Qaxa qarşı ərazi iddialr irəli sürülür. Gürcüstanda B. İvanaşvili partiyası Rusiya layihəsidir və regionda Rusiya maraqlarlnı müdafiə edir.
Xalqımız ayıq-sayıq olmalı Keşikçidağ ətrafında xalıqmıza qarşı bu məkrli planın qarşısını xalq olaraq almalıyıq. Görünür, rəsmi Bakının bu məslələr ətrafında manipulyasiya siyasəti var. Proseslərdə bir o qədər maraqlı görünmür. Ona görə də gürcü ekstermistlər əsgərimizin silahını alaraq özlərinə qarşı hərhansı bir güc tətbiq olunmamasından arxayın idillər. Hesab edirəm ki, ölkə daxilində Rusiyaya bağlı 5-ci kolonda bu proseslərə dəstək verir.
Gürcüstan prezidenti S. Zurabaşvili birbaşa bu provakasiyanın təşkilatçısıdır və rus-erməni lobbisinin və Kfremlin geosiyasi maraqları konteksində Azərbaycana qarşı siyasət həyata keçirir. Rəsmi Bakı Gürcüstan daxilində siyasətini artırmalı, Saakaşvili qüvvələrinə diqqət etməli və dəstək verməlidir.
Məhəmməd Əsədullazadə, AXCP-nin sədr müavini