Gənclər qazi və şəhid ailələrinə diqqət göstərdiyinə görə Füzuli Məmmədova təşəkkür ediblər
Newscenter.az.16.07.2019.Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətinin rəhbəri Anar Həsənov cəbhə bölgəsində yaşayan gənclərlə görüşüb.
Newscenter.az xəbər verir ki, görüş Aprel döyüşlərində şəhid olmuş Raquf Orucovun məzarı önündə baş tutub.
Gənclər hər zaman qazi və şəhid ailələrinə diqqət göstərdiyinə görə Füzuli Məmmədova və onun vətənpərvər kollektivinə təşəkkür ediblər. Onlar Rusiya Azərbaycanlıları İttifaqının rəhbərliyinə öz dərin minnətdarlıqlarını ifadə ediblər.