Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolu yenidən qurulur



Newscenter.az.17.07.2019. Oğuz rayonu Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri aparılır.

Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, 32 km uzunluğa malik olan avtomobil yolunun 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpası işləri aparılır. 6 metr hərəkət hissə, 2 metr çiyinlər olmaqla yolun eni 10 metr təşkil edir. Layihə çərçivəsində sözügedən avtomobil yolu 3 hissə üzrə yenidən qurulur. Bu uzunluğu 12.9 km olan Padar-Böyük Söyüdlü və 13.1 km olan Böyük Söyüdlü-Çayqovuşan hissələri, həmçinin 6 km uzunluğa malik Qarabulaq kəndinə giriş yolu hissəsidir.

Aparılan işlər zamanı yol boyu torpaq yatağının deformasiyaya uğramış hissələri və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə işləri aparılıb, qazılmış və genişləndirilmiş hissələrə, həmçinin yolun torpaq yatağının bərpası və yerin təbii relyef səviyyəsindən qaldırılması üçün yararlı material tökülərək kipləşdirmə işləri aparılıb, yeni yol yatağı inşa edilib.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə 6 avtobus dayanacağının inşa edilməsi, hərəkətin normal təşkil üçün 42 yol nişanının, 960 siqnal dirəyuinin və 31 km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi nəzərdə tutulur.
5 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Oğuz rayonunun Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolunun yenidən qurulması işlərinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılır.

Anar
Xəbəri paylaş