Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gədəbəydə 23.5 km. uzunluğa malik İsalı-Zamanlı yolu yenidən qurulur



Newscenter.az.23.07.2019. Gədəbəy rayonunda 23.5 km. uzunluğa malik Gədəbəy-Novosaratovka-Qaravəlilər (38 km)-İsalı-Zamanlı avtomobil yolu yenidən qurulur.

Newscenter.az xəbər verir ki, IV texniki dərəcəli olan yerli əhəmiyyətli İsalı-Zamanlı avtomobil yolu başlanğıcını Gədəbəy-Novosaratovka-Qaravəlilər yolundan götürür. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdir.

Bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının kəsilərək torpaq yatağının genişləndirilməsi tələb olunurdu. Sadalanan problemlərin, o cümlədən yollar boyu hərəkət nəticəsində yaranmış maneələrin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol boyu lazımi sayda qüvvə cəlb etməklə təxirəsalınmaz tədbirlərə start verib. Layihənin sonuncu mərhələsində yol çiyinlərinin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi, 18 yol birləşməsinin təmiri, 8 yerdə avtobus dayanacaqlarının quraşdırılması işləri görüləcək, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yol kənarında 800 paqon-metr uzunluğunda əyrixətli tirlər və dirəklər quraşdırılacaq, hərəkətin normal təşkili üçün 325 yol nişanı, 540 siqnal dirəkləri qoyulacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Xəbəri paylaş