Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnam Kərimov Gədəbəydə vətəndaşları qəbul edəcək



Newscenter.az.23.07.2019. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov 26 iyul 2019-cu il tarixdə, saat 10:00-da Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gədəbəy və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək. İyulun 26-da, saat 10:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzində Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzində Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcəklər.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, vətəndaş qəbulunda iştirak etmək istəyənlər Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-378-03-30), Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-344-93-86) və Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-265-88-78) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Orxan
Xəbəri paylaş