Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəyə qanunsuz yolla mobil telefon gətirilməsinin qarşısı alındı



Newscenter.az.24.07.2019. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Sadıxlı" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Newscenter.az-a DGK-dan bildirilib ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda müxtəlif yerlərdə gizlədilmiş 16 ədəd "İphone XS MAX", 2 ədəd "İphone X" markalı mobil telefonlar, 6 ədəd qidalandırıcı başlıq, 8 ədəd USB kabel və 18 ədəd "qulaqlıq" aşkar olunub.
Xəbəri paylaş