Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zaqatalada qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində reyd keçirilib



Newscenter.az.24.07.2019
. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Bu istiqamətdə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, yol kənarlarında qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə növbəti nəzarət tədbirləri Zaqatala rayonunda keçirilib.

Newscenter.az xəbər verir ki, agentlik əməkdaşları ilə yanaşı Zaqatala Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin müvafiq struktur bölmələrinin əməkdaşlarının iştirakı ilə rayonda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər keçirilib.

Reyd zamanı yol kənarlarında quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqələrinin xidmətlərindən istifadə etmək və yaxud stasionar, modul və modul tipli kəsim məntəqələrini yaratmaq tövsiyə edilib.

Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır.
Orxan
Xəbəri paylaş