Newscenter.az.26.07.2019. İyulun 25-i, günorta saatlarında bölgələrdə qaz xətlərinə zədə yetirilməsi halları aşkarlanıb.
Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, Beyləqan rayonunun xidmət sahəsinə daxil olan Dünyamallar və İmamverdilər kəndləri istiqamətində olan qaz xəttinə traktorla zədə yetirilib. Ona görə də saat 13.10-dan etibarən təqribən 2500 abonentin qaz təchizatı dayandırılıb.
Şabran rayonunun Sincanboyad kəndində də qaz xəttini avtomobillə vurub yararsız hala salıblar. Qeydə alınan hadisə aktlaşdırılıb. 85 abonentin qaz təchizatı dayandırılıb.