Newscenter.az.26.07.2019. Bakıda keçirilən mötəbər idman oyunlarının və digər mərasimlərinin təşkilində əldə edilən uğurlu təcrübəyə söykənərək paytaxtımızın ev sahibliyi edəcəyi XV Avropa Gənclər Yay Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrası da Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək. Newscenter.az-a BNA-dan bildirilib ki, məqsəd nəzərdə tutulan nəqliyyat əməliyyatlarının daha rahat və təhlükəsiz təşkil etmək, tədbirlərin keçirildiyi məkanlara gedərkən şəxsi nəqliyyat vasitəsindən istifadəni minimuma endirməkdir. Planlaşdırılan nəqliyyat tədbirlərinin insanların gündəlik həyat ritminə mənfi təsirlərinin qarşısını almaq da qarşıya qoyulan əsas məqsədlərdəndir.
İyulun 19-dan başalayan əməliyyatlar hazırda uğurla davam etdirilir. Nəzərdə tutulan bütün əməliyyatlar plana uyğun olaraq həyata keçirilməkdədir. İşlərin vaxtında və uğurla icrası məqsədi ilə Agentlikdə qərargah yaradılıb. Tədbir Əməliyyat Komitəsinin (EVENTOC) əməkdaşlarının da daxil olduğu qərargah 7/24 fəaliyyət göstərir. İdman və qeyri idman məkanları arasında daşımalar məhz bu qərargahdan idarə olunur. Burada xəttə çıxan avtobuslar daim nəzarətdə saxlanılır. Qərargah işlər tam yekunlaşanadək yəni atletlər ölkəmizin tərk edənədək fəaliyyət göstərəcək.
Qonaqların və atletlərin yarış və qeyri-yarış məkanlarına daşınmasına 140 ədəd Neoplan avtobus və 38 ədəd miniavtobus (Mercedes Sprinter) cəlb edilib. Avtobuslar müvafiq texniki müayinədən keçirilməsi təmin olunub. Bunun üçün depoda tibb məntəqəsi də təşkil edilib.
Daşımalarda iştirak edəcək 435 nəfər sürücü heyəti isə təlimlərə cəlb edilib. gündəlik olaraq sürücülər reys öncəsi tibbi müayinədən keçirilir.
Anar