Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyasət şoumenlərinin cəmiyyətə, xalqa və dövlətə qarşı müxalifəti

Siyasət şoumenlərinin cəmiyyətə, xalqa və dövlətə qarşı müxalifəti


Newscenter.az.26.07.2019. Son aylar Azərbaycan və Gürcüstan arasında strateji münasibətlərin ruhuna tamamilə zidd olan və iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribatların artmasının şahidi oluruq. İlk önəcə bu ilin aprel ayında Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən, 25 kilometr məsafədə səpələnmiş tarixi, memarlıq və dini obyektlərdən ibarət olan Keşikçi Dağı Alban Məbəd Komplekslərinin ətrafında qonşu ölkənin şübhəli qruplarının ölkələrarası gərginlik yaratma cəhdlərinin şahidi olduq. İyulun 14-ü Gürcüstanda keçirilən Avropa Birliyi və “Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr olunan beynəlxalq konfransdan cəmi iki gün sonra isə Gürcüstan Azərbaycan sərhədində, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədildi.

Hər iki təxribat strateji tərəfdaşlar -Azərbaycan və Gürcüstan rəsmilərinin təmkinli yanaşması ilə zərərsizləşdirildi. Paralel olaraq hər iki ölkədə müxalif radikal və şübhəli siyasi qruplarının Azərbaycan və Gürcüstan cəmiyyətinə yönəlik körükləyici kampaniyaları, QHT- ləri təhrikçi fəaliyyəti , siyasət “şoumen”lərin pafoslu çağırışları, müxalifətin prosesdən ucuz siyasi dividend götürməyə hesablanmış aksiyaları və ən əsası da bütün bu qrupların sosial medialarda şübhəli səhifələrdən insidentin “sızdırılan” detalları üzərində qurduğu təbliğatın şahidi olduq.

Sırf Azərbaycan haqqında danışsaq, həssas dövrlərdə bu siyasi və siyasiləşmiş QHT qruplarının sosial mediada şübhəli səhifələrdən “sızdırılan” məlumatları tirajlamaqla təbliğat qurması ilk hal deyildi. Biz bu “koalisiya” nin birgə fəaliyyətini daha öncələr istər Gəncə terror hadisəsi, istər texnogen qəza, istər Hacı Muradın qəbrinin ekshumasiyası, istərsədə cəmiyyətin diqqətini çəkən diğər həssas mövzularla bağlı hadisələr zamanı şahid olmuşuq. Qonşu ölkədə isə bu mövzuda eyni dairələrin təbliğatı Azərbaycanın bu ölkədəki enerji kapitalını güya ki, siyasi kapitala çevirmək istəyinin mövcud olması, Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı siyasətinin isə bu ölkəni Azərbaycandan enerji asılılığına salmaq istiqamətində qurulması kimi təxribatçı təbliğat üzərindən aparılır. Münasibətlərin korlanmasına yönəlik cəhdlərdə Gürcüstan cəmiyyətinin və sosial mediasının erməni siqmentinə göydən düşmə şans kimi Keşikçi Dağı mövzusu ətrafında Azərbaycana qarşı ikinci cəbhə yaratmaq məqsədi ilə səfərbər olmasını da xüsusi qeyd etmək istəyirəm.

Burada bir haşiyə də çıxım ki, son illərin qlobal səviyyədə internet resursların lokal siyasi sistemlərə sirayətinin gətirdiyi bəzi “üstünlük”lər də var. Məsələn, məhz belə həssas ərəfələrdə daxili siyasi qruplar və siyasiləşmiş QHT lərin fəaliyyətlərinin müşahidəsi və analizi mən də daxil müstəqıl müşahidəçilər və analitiklərdə bu siyasi qrupları “hərəkətə gətirən” məqsəd, məram və dairələr haqqında aydın təsəvvürlərin yaranması üçün unikal bir şans olur. Məsələn, ABŞ da son prezident seçkilərində, İngiltərədə Brexit prosesi , İspaniyada Kotoloniya prosesi və həmçinin Avropa Birliyi ölkələri, xüsusi ilə Almaniyada mühacir böhranında siyasi qruplar və siyasiləşmiş QHT lərın belə şübhəli “koalisiyası” analitiklərdə ( həmçinin isə təhlükəsizlik strukturlarında) bu qrupların “işinə yaradığı” dairələrlə birbaşa və ya qiyabi bağlılığı haqqında aydın təsəvvürlərin yaranmasına gətirib çıxardı.

Qayıdaq yazının əvvəlində qeyd etdiyim strateji Gürcüstan Azərbaycan münasibətləri və bu münasibətlərin əhəmiyəti mövzusuna, nədir bu münasibətlərinin strateji əhəmiyəti və niyə hər iki ölkədə dövlət rəsmiləri cəmiyyətlərinin təhrikçi və körükləyici məlumatlarla gərginləşən ab-havasının zərbələrini bir çox hallarda öz üzərlərinə çəkərək, təmkinli mövqeləri ilə bu münasibətləri qorunmağa çalışırlar.

Əsası 1992-ci ildənqoyulan Azərbaycanla Gürcüstan diplomatik əlaqələr 1997-ci ildən müxtəlif istiqamətləri əhatə edən strateji tərəfdaşlıq sazişi ilə möhkəmlənmişdir.

Azərbaycan və Gürcüstan regional və transkontinental formatlarda enerji, nəqliyyat-tranzit sahələri ilə paralel ikili formatda sənaye kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığı mövcuddur.

Əməkdaşlığın ikili formatı haqqında danışsaq, Gürcüstana yatırılan investisiyaların həcminə görə Azərbaycan ən böyük xarici investordur, tərəflər arası qarşlıqlı investisiya mühitinə görə Gürcüstan Azərbaycan iqtisadiyyatına 93,8 milyon dollar, Azərbaycan isə Gürcüstana 3,2 milyad dollar investisiya yatırıb.

Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti, Gürcüstanda isə 1300-ə yaxın Azərbaycan şirkəti, xüsusilə Azərbaycan Dövlət Neft Şirkəti SOCAR uğurla fəaliyyət göstərir. SOCAR ın törəmə şirkəti olan SOCAR Energy Georgia Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə və Kulevi neft terminalına nəzarət edir.

Həmçinin SOCAR Energy Georgia Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsulları, mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisi ilə məşquldur.

Əməkdaşlığımızın regional və regionlararası formatından danışsaq, enerji sahəsi Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli iri enerji və nəqliyyat layihələri: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, reallaşmaqda olan Cənub Qaz Dəhlizi və Avropa Asiya, Çini birləşdirən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” də kimi qitələr arası layihələr həyata keçirilir ki , bu layihələr Cənubi Qafqaz regionun nəqliyyat-tranzit potensialını və geopolitik əhəmiyyətini artırılmasına xidmət edir.

Bu iri layihələrin ölkəmiz üçün faydalılığı isə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın geopolitik əhəmiyyətinin misilsiz dərəcədə artması ilə nəticələnmişdir.

Şimal-Cənub nəqliyyat dəhlizinin əsas mərkəzi kimi Azərbaycan Yaxın Şərq, Fars körfəzindən yüklərin Rusiyaya və Qara dəniz vasitəsilə Avropaya tranzitini təmin edir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Çin və Avropa arasında əhəmiyyətli tranzit dəhlizlərinin yaranması ilə müasir geopolitik müstəvidə regionun və təşəbbüsçü kimi ölkəmizin rolunu müstəsna əhəmiyyətli etmişdir.

Çünki son illər qlobal səviyyədə dəyişən lojistik mənzərə belədir ki, Rusiya və Avropa arasında enerji və ticarətin quru ilə nəqli üçün mövcud olan üç yoldan yalnız biri, Rusiya və İranla bərbad münasibətləri fonunda Qərbin yüz milyardlarla dollarlıq ticarətinin yalnız bir real marşrutu Azərbaycandan keçməklə Gürcüstan ərazisindən nəqli marşurutudur.

Bir sözlə Gürcüstan Azərbaycan münasibətlərinn korlanmasına çalışan dairələr, onların hər iki ölkədə siyasi qruplar və sosial mediadakı uzantılarının uzaqmənzilli hədəfləri Qara dəniz və Xəzər dənizi arasında yerləşən, Xəzərin enerji resurslarının diversifikasiyası da daxil Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizi olan strateji regionda həyata keçilirən layihələrə qarşı bir fəaliyyətdir.

Hər iki tərəfdaş dövlətlərin bu qədər mühüm mövzuda narahatlığı üzərindən dividend götürməyə çalışan daxili siyasi qruplar və siyasət şoumenlərin fəaliyyətinin hədəfi də strateji tərəfdaş iki ölkənin münasibətlərinin korlanmasına çalışmaqdır.

Burdan isə məntiqi olaraq belə nəticəyə gəlmək olur ki, hər iki ölkədə belə daxili qrupların fəaliyyəti yerli hökümətə deyil cəmiyyətə, xalqa və dövlətə müxalifət olmaqdır.

Yeganə Hacıyeva,

Beynəlxalq münasibətlər üzrə ekspert,
Xəbəri paylaş