Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özünü demokrat kimi göstərib, bolşevik təfəkkürü ilə düşünən müxalifətçilər yeni dövrə uyğunlaşmaq istəmirlər



Newscenter.az.30.07.2019. “Siyasi hədəfləri, ideoloji konsepsiyaları, təmayülləri üst-üstə düşən və ya yaxınlıq təşkil edən siyasi partiyaların sədrlərinin bir araya gəlib müzakirələr aparması, əməkdaşlıq barədə hansısa qərarlar qəbul etməsi tamamilə təbiidir. Partiya sədrlərinin çay süfrəsi arxasında görüşüb danışmalarında da qeyri-adi heç nə yoxdur”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov çıxış edib. O, bildirib ki, əks mövqedə dayanan, radikal müxalifətçiliyə meyllənən partiya liderlərinin buna qısqanclıqla reaksiya vermələri isə tamamilə absurddur:

“Özünü demokrat kimi göstərib, bolşevik təfəkkürü ilə düşünən və hərəkət edən müxalifətçilər təəssüf ki, qətiyyən dəyişmək, yeni dövrə uyğunlaşmaq istəmirlər”.
Xəbəri paylaş