Newscenter.az.2.08.2019. “Mahmudəli Çöhrəqanlı deyilən birisi vardı. Qosqoca Güney Azərbaycanın lideri olmaq iddiasına düşmüşdü. Lider ola bilmədi, mühacir oldu. İndi də liderlərdən danışmaqla gündəmə gəlmək, gündəm qəhrəmanı olmaq istəyir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki, Heydər Əliyev haqqında fikir yürütmək Çöhrəqanlının başı üçün deyil: “Avantürist Qurban Məmmədov Güneyli soydaşlarımızın çoxdan unutduğu Çöhrəqanlını "diriltməklə" millətimizə qarşı növbəti pisliyə imza atmış olur”.