Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətənimiz həm iqtisadi, həm siyasi mənada sabitlik adasıdır



Newscenter.az.2.08.2019. "Iyulun 31-də prezident İlham Əliyevin sedrliyi və sırf sosial- iqtisadi bloku təmsil edən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, həmin sahələrin koordinasiyasını təşkil edən Prezident köməkçilərinin iştirakı ilə müşavirə keçirildi. Dövlət büdcəsinin icrasından tutmuş, bütün makroiqtisadi göstəricilər, iqtisadiyyatın artım tempi, şaxələndirilməsi, inflyasiyanın nəzərdə tutulmuş həddə saxlanılması, milli valyutanın qorunması, ölkəyə yatırılan investisiya, dövlət borcunun azaldılması, sahibkarlıgın inkişafı ilə baglı görülən tədbirlər, əhalinin dayanıqlı olaraq içməli suya, elektrik enerjisinə, qaza olan tələbatının ödənilməsi istiqamətində müzakirələr aparıldı”.

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Nəsib Məhəməliyev dövlət başçısının sədrliyi ilə keçirilən müşavirə barədə fikirlərini bölüşərkən səsləndirib. O, qeyd edib ki, müşavirədə gündəlikdə olan və digər məsələlərlə bağlı Prezident öz fikirlərini və tapşırıqlarını verdi:

“Kütləvi informasiya vasitələri, televiziya və mətbuat tərəfindən işıqlandırıldı. Xalqımız mövcud vəziyyətlə bağlı tam məlumatlandırıldı. Ancaq özünü müxalifət adlandıran bəzi qüvvələr ənənələrinə sadiq qalaraq məsələnin mahiyyətinə deyil, formatına , yəni müşavirənin həmişə olduğu kimi geniş tərkibdə keçirilməməsinə iradlarını bildirirlər. Cənablar, istənilən müşavirənin hansı formatda keçirilməsi həmin təşkilatın rəhbərinin müstəsna səlahiyyətidir. Əsas format deyil, məzmundur. Hazırda dünyada və regionda olduqca mürəkkəb proseslər gedir".

Millət vəkili qeyd edib ki, Cənab Prezident mövcud reallıqları və müasir çağırışları düzgün qiymətləndirərək Azərbaycanı inamla inkişaf etdirir və keçdiyimiz bu yol bir daha göstərdi ki, vətənimiz həm iqtisadi, həm siyasi mənada sabitlik adasıdır:

!Azərbaycanın xoşbəxt gələcəyi üçün Yola davam”.
Xəbəri paylaş