Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2020-ci il üçün hədəf: Minimum xərc, maksimum nəticə



Newscenter.az.3.09.2019.
“Azneft” İstehsalat Birliyində (İB) “28 May” və N.Nərimanov adına neft və qazçıxarma idalərinin (NQÇİ) 2020-ci ili əhatə edən büdcələrinə dair müzakirələr aparıldı. Əvvəlcə bu il görülən işlər və qarşıda duran hədəflərlə bağlı qısa təqdimatlar keçirilib.

Newscenter.az-a qurumun mətbuat xidmətindən daxil olan məlumata görə, Birliyin Baş direktoru Daşqın İskəndərov bildirib ki, minimum xərc, maksimum nəticə prinsipi əsas hədəf olmalıdır. Onun sözlərinə görə, əməyin mühafizəsi, texniki təhlükəsiz qaydalarına ən yüksək səviyyədə əməl etmək, eyni zamanda illik hasilat planını tam olaraq yerinə yetirmək hər zaman prioritet olaraq qalır.

Müzakirələr zamanı verilən təkliflər nəzərdən keçirilib, gələn il üçün hədəflər müəyyənləşdirilib.
Elxan
Xəbəri paylaş