Newscenter.az.3.09.2019. Ağsu rayonunda vətəndaşlara açıq nömrələrdən zəng edilərək Ağsu Regional qaz istismarı İdarəsinin (RQİİ) adından sürücü və çilingər işləmək üçün vakansiyaların olduğu bildirilib. İşə götürülmələri üçün müvafiq hesab nömrəsinə 265 manat köçürülməsi təklif edilib.
Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, bu vəsaiti hesaba mədaxil edən Ağsu rayonu Kalva kənd sakini RQİİ-yə gələrək idarənin rəhbərliyi ilə görüşüb və aldadıldığını bildikdən sonra hüquq-mühafizə orqanlarına müraciət edib.
Qeyd edək ki, SOCAR-da işə qəbul mərkəzləşdirilmiş qaydada baş ofisin İnsan resursları departamenti tərəfindən həyata keçirilir. Şirkətdə mövcud olan vakansiyalar barədə məlumatlar isə rəsmi veb-səhifəsində yerləşdirilir.
Zaur