Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azəriqaz” Qarabağ əlilinin müraciətinə operativ reaksiya verdi



Newscenter.az.3.09.2019. Bu günlərdə “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin (BRQİD) mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingəri, 2-ci qrup Qarabağ əlili Əhməd Fazil oğlu Rəhmanov əmək haqqının düzgün hesablanmaması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə şikayət ərizəsi ilə müraciət edib.

Newscenter.az-a İstehsalat Birliyindən verilən məlumata görə, bununla əlaqədar olaraq “Azəriqaz” İB tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunub ki, həqiqətən də Ə.Rəhimovun əmək haqqısı hesablanarkən səhvə yol verilib. Ə.Rəhimova münasibətdə pozulmuş sosial ədalətin ən qısa müddətdə bərpa olunması, hesablamada səhvə yol vermiş məsul şəxslərin müəyyən edilərək əmək qanunvericiliyi daxilində intizam məsuliyyətinə cəlb edilməsi və bu kimi halların təkrarlanmaması məqsədilə zəruri tədbirlərin görülməsi barədə Birliyin rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib.
Zaur
Xəbəri paylaş