Newscenter.az.4.09.2019. “Azadlıq” radiosu növbəti dəfə yalan danışır. Yarmarkaların təşkili ilə bağlı material efirə getdikdən sonra aparıcı təqdimatında bildirilir ki, “Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti ilə əlaqə cəhdlərimiz isə gün ərzində alınmadı. Nazirliyin mətbuat xidmətinin rəhbəri telefon zənglərimizə cavab vermədi”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov səsləndirib. O, qeyd edib ki, telefonu bütün jurnalistlərə məlumdur:
"Hamı da bilir ki, telefonum 24 saat zənglərə açıqdır. Gün ərzində həmkarlarımın aqrar sahəyə dair onlarla sualını cavablandırıram. Bir jurnalist belə iddia edə bilməz ki, onun müraciətini cavabsız qoymuşam. Çünki özüm uzun illər mediada çalışmış şəxs kimi mətbuat xidmətlərinin etinasız münasibətindən əziyyət çəkən tərəflərdən biri olmuşam və ən azı buna görə həmkarlarımın zənglərini cavabsız qoymaram".
Vüqar Hüseynov qeyd edib ki, media etikası deyilən bir anlayış var və təəssüf ki, “Azadlıq” radiosunun “nazirliyin mətbuat xidmətinin rəhbəri telefon zənglərimizə cavab vermədi” deməsi media etikası ilə bir araya sığan hərəkət deyil:
"Telefon nömrəmi bilməyənlər üçün bir daha yazıram: +994552303577 Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti ilə bağlı istənilən sualınızı dinləməyə və cavablandlrmağa hazıram".
Orxan