Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tələbə qızların təhsil haqqından azad edilmıəsi praktiki baxımdan məqbul deyil



Newscenter.az.5.09.2019. “Tələbə qızların təhsil haqqından azad edilməsi barədə təklif öz-özlüyündə həqiqətən də olduqca humanist təklifdir, xoş niyyətdən ərsəyə gəlib. Ancaq bu təklifin praktiki baxımdan reallaşdırılması isə hesab edirəm ki, məqbul deyil”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, əgər orta ixtisas və ali təhsil müəssisələrində tələbə qızların təhsil haqqını dövlət üzərinə götürərsə, biz də bunun erkən nikah probleminin həllinə dəstək olacağını düşünərək bu təklifi irəli sürürüksə və üstəgəl bunu həm də yeni dünya trendinə imza atmaq kimi dəyərləndiririksə, bu bizim tərəfimizdən subyektiv yanaşma olardı:

“Biz dünya təcrübəsini, müasir reallıqları da nəzərə almalıyıq. Hazırda dünyanın heç bir ölkəsində təhsilə belə bir yanaşma tətbiq edilmir. Demək olar ki, bütün ölkələrdə qız və oğlan uşaqlarının təhsili bərabər prinsip əsasında təşkil edilir. Tərəflərdən heç birinə ayrıcalıq, cinsi fərqləndirmə haqqı tanınmır. Biz erkən nikah problemini çözmək istəyiriksə, bunun daha səmərəli, adekvat üsullarını axtarıb tapmalıyıq. Xüsusilə də gənclər arasında maarifləndirmə işlərinə geniş yer ayrılmalıdır”.
Xəbəri paylaş