Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub



Newscenter.az.6.09.2019. Sentyabrın 6-da 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsinin nəticələri açıqlanıb. Təhsil Nazirliyindən Newscenter.az-a bildirilib ki, nəticələrə görə, 3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkli və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 6-10 sentyabr 2019-cu il tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.
R.Mehdiyeva
Xəbəri paylaş