Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Microsoft Office 365” üçün nəzərdə tutulmuş “Kaspersky Security” bundan sonra “OneDrive” buludunu da qoruyacaq



Newscenter.az.6.09.2019. “Kaspersky Lab” “Microsoft Office 365”in korporativ bulud poçtunu qorumaq üçün tətbiq olunan həllin yeni versiyasını təqdim etdi. Newscenter.az xəbər verir ki, yeni versiya təkcə “Exchange Online” xidmətində deyil, həm də “OneDrive” yaddaşında kiber təhdidləri tanıyır və məhdudlaşdırır.

Yenilənmiş həll, elektron poçtu zərərli əlavələr, spam, fişinq, həmçinin əvvəllər məlum olmayan təhdidlərdən qorumaq üçün evristik metodlardan, maşın biliklərindən və digər yeni nəsil texnologiyalardan istifadə edir.

Bulud qoruması təşkilatlara rahatlıq, operativlik və istənilən vaxtda və yerdə işləmək imkanı verir. Eyni zamanda, korporativ məlumatların belə saxlanması potensial risklər daşıyır, çünki çox sayda faylların arasında şübhəli nəsə görmək həmişə mümkün olmur.

“Microsoft Office 365” üçün “Kaspersky Security” korporativ poçt və bulud yaddaşına təhdidlərin daxil olması və yayılmasının qarşısını alacaq. Həll gələn və gedən məktubları filtrləyir, onları müxtəlif meyarlara görə yoxlayır. Məsələn, “Microsoft Office 365” üçün yenilənmiş “Kaspersky Security” orijinal fayl formatları və atributlarını gizlətməyə çalışan zərərli proqramı tanıya bilir. Fişinq kimi geniş yayılmış və təhlükəli təhdid olan fişinq ilə mübarizədə isə həll bir çox yeni texnologiyalardan, o cümlədən neyron şəbəkələrdən istifadə edir: bu yanaşma sayəsində hətta "sıfır saat" adı verilən fişinq aşkarlanır və bununla da qiymətli korporativ məlumatların sızmasının qarşısını alır.




Xəbəri paylaş