Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şərəfli müəllim ömrü


Newscenter.az.6.09.2019. İnsanın müəllimləri haqda yazmağı həmişə çətindir. Təkcə ona görə yox ki, tələbə üçün ustadı barədə söz demək böyük məsuliyyət tələb edir. Həm də ona görə ki, müəlliminə qarşı duyduğun minnətdarlıq hissini ifadə etmək istədiyin kəlmələr həmişə yetərsiz görünür. Əslində, belə də olmalıdır. Çünki müəllim adı hər cür təşbehdən yüksəkdə dayanır. Mən də bu gün hər cür süni bənzətmələrdən uzaq sadə sözlərlə müəllimlərimdən biri haqqında danışacam. Bu günlərdə 60-cı ilini başa vurduğu ömrünün az qala 40 ilini müəllimliyə, 30 ilini elmə xərcləyən Vaqif müəllim haqda. Tədqiqatçı-alim, iqtisad elmləri üzrə fəlsəfə doktoru VaqifRüstəmov haqda.

Qısa arayış:Vaqif Əli oğlu Rüstəmov 1959-cu il avqust ayının 28-də anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirərək riyaziyyatçı ixtisasına yiyələnib. 1981-1985-ci illər ərzində Laçın və Abşeron rayonlarında müxtəlif kənd orta məktəblərində riyaziyyat müəllimi vədirektor müavini vəzifələrində çalışıb. 1985-ci ilin dekabr ayındaAzərbaycanElmlər Akademiyasının Kibernetika İnstitutunun aspiranturasına daxil olub və“Struktur dəyişikliklərinin iqtisadi artıma təsirinin modelləşdirilməsi” mövzusunda dissertasiya işi müdafiə edərək “Ekonometriya” ixtisası üzrə iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1999-cu ildə “Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə baş elmi işçi elmi adına layiq görülüb.

1989-cu ilin iyul ayında aspiranturanı bitirdikdən sonra Kibernetika İnstitutunun “Kibernetika” Xüsusi Konstruktor Bürosuna göndərilib, iqtisadçı-mühəndis vəzifəsinə təyin olunub. 1992-ci ilin mart ayından Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna (indiki İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu) köçürülüb. Həmin dövrdən 2007-ci ilin aprel ayına kimi İnstitutda böyük elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor vəzifələrində çalışıb.

Sosial-iqtisadi yönümlü elmi-tədqiqat və siyasət təhlili sahəsində 30 ilə yaxın iş təcrübəsinə malik olan iqtisadçı alim Vaqif Rüstəmov elmi dairələrdə peşəkar tədqiqatçı kimi tanınır, onun bu sahədə fəaliyyəti həmişə yüksək qiymətləndirilir. Vaqif müəllim makroiqtisadiyyat, iqtisadi-riyazi modelləşdirmə, indikativ planlaşdırma, davamlı inkişaf, regional inkişaf, yoxsulluğun azaldılması, ölkə iqtisadiyyatının müqayisəli üstünlüklərinin müəyyənləşdirilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, qeyri-neft sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və s. bu kimi problemlərin nəzəri-metodoloji, metodiki və təcrübi məsələlərinin tədqiqi və aktual sosial-iqtisadi məsələlər üzrə siyasət təhlilləri ilə məşğul olub.
60-dan çox dərc olunmuş (ölkədə və xaricdə) elmi məqalə, tezis və elmi-tədqiqat işlərinin, 1 monoqrafik nəşr, 1 monoqrafiya (həmmüəlliflərlə), 2 kitabın (həmmüəlliflərlə), 1 kitabçanın müəllifidir. Azərbaycan dilində nəşr olunmuş beşcildlik Böyük İqtisadi Ensiklopediyanın müəlliflərindən və məsləhətçilərindən biridir.

Sosial-iqtisadi sahələrə aid qanunların və digər hüquqi-normativ aktların, konsepsiya, strategiya, proqram və tədbirlər planı kimi siyasət sənədlərinin, dövlət proqramları layihələrinin hazırlanması, ekspertizası və müzakirəsi proseslərinin fəal iştirakçısı olub.
Bunlarla bərabər, Vaqif müəllim uzun illərdir BMT, Dünya Bankı, Asiya İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq qurumların da məsləhətçisi qismində çalışır.

Vaqif müəllimin tədqiqatçı kimi əməyi dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilib. Belə ki, cənab Prezidentin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Girişdə qeyd etdiyim kimi, Vaqif Rüstəmov həm də müəllimdir. Doğulub boya-başa çatdığı torpaqda orta məktəbdən başladığı müəllimlik missiyasını ali təhsil ocaqlarında davam etdirib.1989-cu ildən etibarən ölkənin müxtəlif ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olub.İndiyə qədər onlarla magistrin, 20-yə yaxın aspirant və dissertantın, doktorantın elmi rəhbəri olub, elmi şuraların, elmi redaksiya heyətlərinin üzvüdür.
Vaqif müəllimlə yolumuz ali təhsil illərimdə kəsişib. Daha doğrusu, birləşib. Vaqif müəllim əvvəlcə mənim fənn müəllimim olub, sonra məni gənc tədqiqatçı kimi elmi-tədqiqat institutunda işə dəvət edib. Bununla da mənim tədqiqatçı karyeram üçün çox uğurlu başlanğıc kimi elmi-tədqiqat institutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başladım.

Doğrudur, 20 il əvvəl bir elmi-tədqiqat mərkəzinin işçisi olaraq çox cüzi məbləğdə maaş alırdıq, maddi sıxıntılar yaşayırdıq. Lakin bütün çətinliklərə baxmayaraq, məhz Vaqif müəllimin məsləhətləri və qayğısı ilə tutduğumuz elm yolu ilə usanmadan irəliləyirdik, onun elmi rəhbərliyi altında öz potensialımızı gücləndirirdik.Vaqif müəllim həmişə deyirdi ki, vicdanla, məsuliyyətlə, əzmlə, səbrlə, sapmadan tutduğunuz yolla irəliləyin, cəmiyyət üçün faydalı şəxs olun və dəyər yaradın, nəticədə mütləq hər şey uğurla nəticələnəcək. Çünki o hər zaman inanıb ki, uğura aparan yol zəhmətə qatlaşmaqdan və işinin peşəkarıolmaqdan keçir, həmişə də bizə bunu aşılamağa çalışıb. Özünün bir sevimli ifadəsi ilə desək, Vaqif müəllim ətrafındakılara balıq verməyə yox, balıq tutmağı öyrətməyə üstünlük verir. Onun müəllim kimi, elmi rəhbər kimi biz tələbələrindən bircə gözləntisi vardı: bacardıqca daha çox öyrənmək, öz üzərində daha çox işləmək və cəmiyyət üçün faydalı olmaq. İctimai mənafelər tələb edəndə təmənnasız olmaq, səlahiyyət əldə etməyə çalışmaq yox, məsuliyyət götürməyə hazır olmaq, istər kiçik, istər böyük iş olsun fərq etməz, həmişə peşəkarlıqla və yanımlılıqla işləmək, seçdiyin yolda sabit və davamlı olmaq – bütün bunlar Vaqif müəllimdən əxz etdiyimizdəyərlərdir.

Çox məmnunluqla deyə bilirəm ki, Vaqif müəllimin səmimi yanaşmasına və müdrikliyinə inanaraq onun gənclərə təlqin etdiyi yolda irəliləyənlər qısa müddətdə öz həyatlarının uğur hekayəsini yarada bildilər. İndi onun neçə-neçə tələbəsi, yetirməsi özü ilə çiyin-çiyinə ölkəmizin sosial-iqtisadi inkişafı və rifahı naminə yorulmadan çalışmaqdadırlar. Onun verdiyi biliklər, göstərdiyi yol sayəsində Azərbaycan iqtisad elmi neçə-neçə dəyərli mütəxəssis, peşəkar tədqiqatçı qazanıb.

Vaqif müəlliminbiz tələbələrinin uğurlarına sevindiyini gördükcə biz də həmişə arzuedirdik ki, gün o gün olsun öz övladlarının daha böyük uğurlarınınsevincini yaşasın, biz də onun sevincinə şərik olaq. Və belə də oldu. Vaqif müəllim hazırda həm Azərbaycanda, həm də Azərbaycandan kənarda ölkəmizin tərəqqisi naminə əllərindən gələni əsirgəməyən 3 istedadlı oğul atasıdır.

Böyük oğlu Əli Rüstəmov Azərbaycanda və xaricdə mükəmməl ali təhsil alıb, hazırda 26 yaşlı gənc mütəxəssis olaraq ölkəmizdə mühüm dövlət qurumunda makroiqtisadçı kimi çalışır, çox nüfuzlu universitetdə isə iqtisadiyyatdan ingilis dilində dərs deyir.
İkinci oğlu Akif Rüstəmov da xaricdə ali təhsil alıb, hazırda Avropa ölkələrində intellektual biznes fəaliyyəti ilə məşğul olan şirkətin qurucusudur.
Üçüncü oğlu Zaur Rüstəmov isə hazırda elektron texnologiyalar ixtisası üzrə ali təhsil alır.
Vaqif müəllimindi də var gücü ilə ölkəmizin iqtisadi inkişafı üçün çalışır, insanlarımızın rifahı naminə bilik və bacarığını əsirgəmir. Mən də bu yolda MÜƏLLİMİMƏ davamlı uğurlar arzulayıram.

Firdovsi Fikrətzadə
iqtisad elmləri üzrə fəlsəfə doktoru
Xəbəri paylaş