Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pambıqçılıq Azərbaycanda kənd təsərrüfatının ən əməktutumlu və ən gəlirli sahəsi hesab olunur

 Pambıqçılıq Azərbaycanda kənd təsərrüfatının ən əməktutumlu və ən gəlirli sahəsi hesab olunur


Newscenter.az.11.09.2019. "Özünü azad sözün carçısı kimi qələmə verməyə çalışan bəzi media orqanları pambıqçılığı rentabelli olmayan, insan əməyinin istismar edildiyi sahə kimi qələmə verməyə çalışırlar. Xatırlatmaq istəyirəm ki, pambıqçılıq Azərbaycanda kənd təsərrüfatının ən əməktutumlu və ən gəlirli sahəsi hesab olunur".

Newscenter.az xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov səsləndirib. O, bildirib ki, dövlət emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna görə fermerə 100 manat subsidiya ödəyir, bundan başqa hər hektar pambıq əkinində istifadə olunan gübrə və pestisidlər şəklində fermerlərə əlavə 200 manat subsidiya verilir:

"Yəni, fermer hər hektardan orta hesabla 30 sentner məhsul götürürsə, dövlətdən 500 manat subsidiya alır. Pambıq əkinindən çoxlu gəlir götürən çoxsaylı fermerlər var. Həmin media qurumları pambıqçılıqla bağlı real vəziyyəti ortaya qoymaq istəyirsə, dırnaqarası "aqrar ekspertlərdən" deyil, əsl fermerlərdən müsahibə götürsünlər".

Belə fermerlərdən bir neçəsinin fikirlərini sizlətə təqdim edirik. Fermerlərin fikirləri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.facebook.com/vuqar.mesimoqlu/videos/10157603026549901/?t=9
Xəbəri paylaş