Newscenter.az.13.09.2019. İndoneziya idman nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Milli Olimpiya Komitəsinin nümayəndələri ilə görüş keçirilib.
Newscenter.az-a MOK-un mətbuat xidmətindən bildirilib ki, səfər İndoneziya Respublikasının Gənclər və İdman Nazirliyinin Sənaye və İdmanın Təşviqi şöbəsinin direktorunun rəhbərliyi ilə həyata keçirilir. Nümayəndə heyəti “Pencak Silat: Olimpiadaya gedən yol” mövzusunda kampaniyaya əsaslanır.
Görüş çərçivəsində qurumlar arasında əlaqələrin genişləndirilməsi və bu istiqamətdə görüləcək işlər, Pencak Silat idman növünün Azərbaycanda inkişafı və yarışların təşkili, o cümlədən bir sıra məsələlər müzakirə edilib. Sonda qurumlarının nümayəndələri xatirə hədiyyələrini təqdim ediblər
Habil