Newscenter.az.14.09.2019. Milli Şura donorları qarşısında mövsümü açıq elan etmək üçün sentyabrın sonuna mitinq təyin edib.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Rəsulzadə bələdiyyəsi sədrinin köməkçisi Jalə Tofiqqızı deyib ki, bir neçə gün əvvəl (əslində təmir edilən) "Məhsul stadionu bizə görə sökülür" deyib səs-küy qoparan Əli Kərimli yeni mövsümdə mitinq üçün yeni məkanlar tapıb:
"1) 28 may metrosu - Cəfər Cabbarlı heykəlinin qarşısı; 2) Gənclik metrosu -T.Bəhramov adına stadionun qarşısı; 3) Nərimanov metrosu - Nərimanov parkı. Diqqət etdinizmi, seçilən hər üç məkan mütləq hansısa metronun qarşısındadır. Nədən? Çünki insanların çox sıx gediş-gəlişi olan yerlərdir. Hələ ki, 28 may, Gənclik və Nərimanov metroları digər metro stansiyalarla müqayisədə əhalinin daha çox hərəkətdə olduğu, daha sıx ticarət mərkəzlərinin yerləşdiyi məkanlardır".
Jalə Tofiqqızı hesab edir ki, sslində Milli Şura bu məkanları seçməklə sosial bazanın zəifliyindən ehtiyatlandığını göstərmiş olur:
"Bu səbəbdən də məqsədli şəkildə həmin məkanları seçir ki, yoldan keçən Pirvəlini, Məmmədhüseyni də "mitinqin iştirakçısı" siyahısına qata bilsin. Donorları qarşısında hesabatını və hesabını şişirdə bilsin. Sual edirəm: Sizin maraqlarınızın təmin olunması hesabına sadə vətəndaşların rahatlığı niyə pozulmalıdır? Siz öz nağıllarınızı danışıb qrant alasınız deyə sadə vətəndaş olaraq bizim asayişimiz, sakitliyimiz niyə pozulmalıdır?"