Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dini Komitə rəhbərliyi vətəndaşları qəbul edəcək



Newscenter.az.20.09.2019. Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Beyləqan və Xocavənd rayonlarından olan sakinləri qəbul edəcək. Komitədən Newscenter.az-a bildirilib ki, qəbul sentyabrın 24-də Beyləqan rayon Heydər Əliyev Mərkəzində baş tutacaq.

Həmin tarixdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Saatlı rayon Gənclər Mərkəzində Saatlı, İmişli, sədr müavini Gündüz İsmayılov isə Sabirabad rayon Heydər Əliyev Mərkəzində Sabirabad rayon sakinləri ilə görüşəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Xəbəri paylaş