Newscenter.az.24.09.2019. Koreya Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edilib.
Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bakalavriat səviyyəsi üzrə elan olunan təqaüd proqramına 18 oktyabr 2019-cu il tarixinədək müraciət edilə bilər.
Proqramda iştirak etmək istəyənlər sənədlərini qeyd edilən tarixədək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
R.Mehdiyeva