Newscenter.az.26.09.2019. Türkiyənin İstanbul şəhərində 6 bal gücündə zəlzələ olub.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb.
Yeraltı təkanlardan vahimələnən sakinlər küçələrə çıxıb. Eyni zamanda məktəblər, xəstəxanalar və ticarət mərkəzləri təxliyyə edilib. Rabitə xətlərində problem yaranıb. Bu səbəbdən zəlzələdən sonra vətəndaşlar yaxınları ilə əlaqə saxlamaqda çətinlik çəkib. Zəlzələ nəticəsində şəhərin Avcılar məhəlləsindəki məscidin minarəsi aşıb.
İstanbulda baş verən zəlzələdən sonra şəhərdəki bəzi məktəblərdə dərslər təxirə salınıb. Həmçinin xəstəxanalar boşaldılıb. Bir çox iş yerlərində əməkdaşlar evə buraxılıb. Şəhərdəki Avropa-Asiya körpüsündə uzun avtomobil tıxacı yaranıb.
Yeraltı təkanlar nəticəsində şəhərdə yaranan dağıntıların miqyasını müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb.