Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

16 yaşdan kiçik uşaqlar sosial şəbəkələrdən istifadə edə bilməyəcək

16 yaşdan kiçik uşaqlar sosial şəbəkələrdən istifadə edə bilməyəcək


Avstraliyada 16 yaşından kiçik uşaqların sosial mediaya girməsinə mane olacaq qanun layihəsi ölkənin gündəminə gəlib.

Newscenter.az Avstraliya Yayım Korporasiyasına (ABC) istinadən xəbər verir ki, təklif edilən qanun layihəsini dəstəkləyən Avstraliyanın baş naziri Entoni Albanese sosial media platformalarının uşaqların ruhi sağlamlığına zərər verdiyini bildirib.

Qanun layihəsi qəbul olarsa, sosial media platformaları bir il ərzində 16 yaşdan kiçik uşaqların platformalara daxil olmasının qarşısını almaq üçün tənzimləmələr etməli olacaq. Buna əməl etməyən platformalar təxminən 33 milyon dollara qədər cərimələnə bilər.

Ölkənin əsas partiyalarının dəstəklədiyi qanun layihəsinin bu həftə qanuna çevriləcəyi gözlənilir.

Mehman Mehdiyev
Xəbəri paylaş