COP29 qlobal iqlim dəyişikliklərlə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülər saldı.
Newscenter.az xəbər verir ki, bunu politoloq Yusif Bağırzadə COP29-un nəticələrini şərh edərkən deyib. O bildirib ki, Azərbaycanın COP29-a hədəflərdən biri də elə bu idi:
"ABŞ və ümumilikdə bir sıra Qərb dairələrinin COP29-a mane olmağa çalışmasına baxmayaraq Azərbaycan beynəlxalq səhnədə artan nüfuzunu bir daha təsdiqləyərək, ölkənin strateji əhəmiyyətini daha da gücləndirdi".
Süleyman