Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynovun iştirakıilə işgüzar nahar təşkil olunub



Newscenter.az.27.09.2019. Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) tərəfindənBirinci vitse-prezidentin köməkçisiEmin Hüseynovun iştirakı ilə işgüzar nahar təşkil olunub. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə Palatanın170-dan çox üzvü və tərəfdaşı iştirak edib.

Newscenter.az xəbər verir ki, “AmCham Azərbaycan”ın icraçı direktoru Natəvan Məmmədova tədbiri giriş sözü ilə açdıqdan və Palata üzvlərinin təqdimatından sonra “AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov tədbirin əsas məruzəçisi -Emin Hüseynov haqqında tədbir iştirakçılarına qısa məlumat verdi.
Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov ilk öncə ölkəmizin müstəqillik əldə etdiyi dövrdən etibarən çox çətin dövrlərdən keçdiyini və MDB ölkələri arasında ən dərin post-sovet ressesiyasından ən qısa zamanda çıxmış olduğunu qeyd etdi. O, 2015-ci ildən sonra, yəni post-neft dövründən başlayaraq həyata keçirilən islahat tədbirlərinin əhəmiyyətini vurğuladı.2017-ci ilədək sabitləşən iqtisadiyyatın 2018-ci ildən etibarən müsbət artıma keçdiyi və Beynəlxalq Valyuta Fondu tərəfindən orta müddətli dövr üçün qeyri-neft sektorunda sabit inkişafın proqnozlaşdırıldığı qeyd olundu.
2016-cı ildən etibarən həyata keçirilən silsilə islahatlar və layihələr iqtisadiyyatın bütün sahələrini əhatə etməklə yanaşı makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsinə hədəfləndiyi xüsusi olaraq qeyd edildi.

Daha sonra, Emin Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq həyata keçirilənsosial islahatlar proqramı haqqında məlumat verərkən icra olunan bu sosial islahat paketindənümumilikdə təqribən 3 milyon əhalinin faydalandığını xüsusi qeyd etdi. Həmçinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) layihəsinin vətəndaşlara göstərilən sosial xidmətlərin keyfiyyətinin artırılmasında xüsusi əhəmiyyəti qeyd edildi.

İqtisadiyyatın diversifikasiyası məsələsinə toxunan E.Hüseynov, Dünya Bankının hesabatına istinad edərək ixracın diversifikasiyası ilə yanaşı aktivlərin diversifikasiyasının əhəmiyyətli olduğunu qeyd etdi. O, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün mövcud olan təbii resursların və ya yaradılmış infrastrukturun kifayət etmədiyini, buna görə də ölkə aktivlərinin diversifikasiyasına, xüsusilə insan kapitalı və effektiv fəaliyyət göstərən institutların formalaşmasının əhəmiyyətinidiqqətə çatdırıb.

Son dövrlərdə müşahidə olunan iqtisadi inkişafın ölkə tarixində daha öncə rast gəlinmədiyini diqqətə çatdıran E.Hüseynov bu iqtisadi inkişafın resurs qiymətlərindən asılılığının azaldılması və iqtisadi dayanıqlılığın təmin olmasının vacibliyini vurğuladı.
Çıxışının sonunda Emin Hüseynov ölkədə fəaliyyət göstərən yerli və xarici şirkətlərin həyata keçirilən islahatlarda dövlətə dəstək göstərməsinin vacibliyini vurğulayaraq tədbirdə iştirak edən bütün biznes nümayəndələrini dövlətlə aktiv əməkdaşlığa səslədi.
Yekunda E.Hüseynov tədbir iştirakçılarının suallarını cavablandırdı.

Qeyd edək ki, “AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış və Azərbaycan iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv şirkəti özündə birləşdirən Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.
Xəbəri paylaş