Newscenter.az.27.09.2019. “Deputatlıq vəsiqəsini girov qoymaq qarşılığında vətəndaşlardan külli miqdarda pul alaraq geri qaytarmamaqda ittiham olunan deputat Rafael Cəbrayılovun baş verən olaylarla bağlı mətbuat konfransı keçirmək istəyi daldan atılan daşın topuğa dəyməsi məsəlinə bənzəyir”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, çünki bütün hallarda deputat imicinə ağır zərbə vurulub:
“Hətta mətbuat konfransında bütün məsələlərə aydınlıq gətiriləcəyi təqdirdə belə, artıq iş işdən keçib. Millətin vəkili statusunun müqəddəsliyini vaxtında qorumaq lazım idi”.
Xosrov