Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəqliyyat sistemini tənzimləyən qurumlar arasında nəinki əməkdaşlıq mövcud deyil, hətta rəqabət var

Nəqliyyat sistemini tənzimləyən qurumlar arasında nəinki əməkdaşlıq mövcud deyil, hətta rəqabət var


Newscenter.az.27.09.2019. “Bakıda nəqliyyat kollapsını doğuran səbəb nəqliyyat vasitələrinin çox olması ilə bağlı deyil. Bakı miqyasda çoxsaylı şəhərlər var ki, orada nəqliyyat vasitələrinin sayı Bakıdakından bir neçə dəfə çoxdur”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən hüquq müdafiəçisi Sahib Məmmədov qeyd edib ki, amma həmin şəhərlərdə bu cür qarışıqlıq yoxdur:

“Görünür səbəbləri dərindən öyrənmək lazımdır. Aşkar görünən budur ki, nəqliyyatı idarəetmə sistemi bərbaddır. Həmçinin nəqliyyat sistemini tənzimləyən qurumlar arasında nəinki əməkdaşlıq mövcud deyil, hətta rəqabət var. Sürücü mədəniyyəti çox aşağıdır. Qayda pozanlara münasibətdə selektiv yanaşma var.

Xosrov
Xəbəri paylaş