Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zaqatalada II Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilir



Newscenter.az.28.09.2019. Zaqatala rayonunda beynəlxalq fındıq, qoz, şabalıd festivalı keçirilir.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin, Mədəniyyət Nazirliyi və "Aqrar Tədarük və Təchizat" ASC-nin dəstəyi ilə reallaşan beynəlxalq fındıq, qoz, şabalıd festivalının təntənəli açılış mərasimi olub.

Festivalda Prezident Administrasiyasınının nümayəndələri, 20-yə yaxın dövlətin Azərbaycandakı səlahiyyətli səfirləri, nazirliklər, ziyalılar iştirak edirlər.

Festivalın əsas məqsədi Azərbaycanın, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir. Zaqatala şəhərinin Dədə Qorqud meydanında keçirilən festivalda qonaqlar yerli adət ənənəyə uyğun olaraq bal şərbətindən və fındıqlı çörəkdən dadıblar. Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olublar. Zaqatala kənd-oba, idarə və təşkilatlar fındıq-qoz-şabalıd mövzusunda bir-birindən gözəl sənət əsərləri hazırlayıblar.

Festivalda fındıq yığımında və emalında istifadə olunan müasir texniki avadanlıq da nümayiş etdirilir. Festival iştirakçıları fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olub, rəsm və əl işləri sərgisinə, tətbiqi sənət nümunələrinə baxıblar. Festivalda həmçinin fındıqdan, qozdan və şabalıddan hazırlanan müxtəlif əl işləri hər kəsin marağına səbəb olub.
Xəbəri paylaş