Newscenter.az.1.10.2019. Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarında çalışan əməkdaşlar üçün təşkil olunmuş ixtisasartırma təlimlərində iştirak edən növbəti qrupun biliklərinin qiymətləndirmə mərhələsi keçirilib.
Newscenter.az-a DGK-dan bildirilib ki, təlimləri başa vuran 38 dinləyici ilə görüşən Akademiya rəisi Qulu Novruzov bildirib ki, bu dəfəki qiymətləndirmə sistem üzərindən, şəbəkə üzərindən həyata keçirilir, sualları əməkdaş deyil, sistem özü paylayır. "Bu imtahanın təşkili prosesində bizim atdığımız bir yenilikdir" - deyə o, qeyd edib.
Təlimlərin məqsədindən söz açan Akademiya rəisi gömrük əməkdaşlarının peşəkarlığının artırılması üçün təlimlərin daha mükəmməl, daha keyfiyyətli təşkil edildiyini deyib. Qulu Novruzov Akademiyada bu istiqamətdə görülən işlərdən bəhs edərək, Azərbaycana ötən həftə yeni gətirilən texniki nəzarət vasitələrindən "Body Scan" (B-Scan) aparatlarının rentgen görüntülərinin dəqiq və düzgün oxunması ilə bağlı Rusiya Federasiyasının Gömrük Akademiyasının Sankt-Peterburq filialının Gömrük işinin təşkili kafedrasının professorunun təlim keçdiyini diqqətə çatdırıb. Eyni zamanda, həmin avadanlıqları istehsal edən şirkətin mütəxəssisi tərəfindən Akademiyada təlimlərə başlanıldığını bildirib. Akademiyanın auditoriyalarında bir neçə qrup gömrük xidməti əməkdaşlarının peşəkar inkişaf kursları, ixtisasartırma təlimlərində iştirak etdiyini vurğulayan Akademiya rəisi qeyd edib ki, bu, Dövlət Gömrük Komitəsi tərəfindən Akademiyanın üzərinə qoyulan missiyadir.
Akademiya rəisi təlimlərin iştirakçılarına fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra təlimləri başa vuran dinləyicilərin biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib.
Zaur