Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya ciddi surətdə regionda mövqeyini gücləndirir



Newscenter.az.1.10.2019. “Ermənistanda keçirilən Avrasiya İqtisadi İttifaqının Ali Şurasının üzv dövlət başçılarının konfransı birlik daxilində iqtisadi inteqrasiyanın baş tutmaması fonunda reallaşacaq. Bu ittifaq sadəcə Rusiya prezidenti Putinin MDB məkanında öz təsirini artırmaq, Qərbin onun perferiyasına müdaxiləsinin qarşısını almağa yönəlib”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, bu birlik iqtisadi təşkilat adlanmasına baxmayaraq əsasən, siyasi məqsədləri hədəfləyib:

“Ümumiyyətlə bu ittifaqın Ermənistanla sərhədlərini olmadığını nəzərə alsaq, bunun Yerevanın iqtisadi inkişafına heç bir təsir göstərməyəcəyini deyə bilərik. Eyni zamanda digər üzv dövlətləri ilə səmərəli əməkdaşlığının perspektivləri olmayacaq. Ermənistanın blokadası və apardığı siyasət ölkənin bundan sonra da iqtisadi burulğanda qalacağını deməyə əsas verir”

Politoloq qeyd edib ki, Yerevanda keçirilən bu konfrans rotasiya qaydasında baş tutur və İran prezidentinin bu konfransa dəvət edilməsi əsasən, rəsmi Yerevan tərəfindən reallaşıb:

“Ümumiyyətlə İranın bu quruma üzv olması ilə geosiyasi proseslər Rusiyanın lehinə işləməyəcək. Amma, Rusiya ciddi surətdə regionda mövqeyini gücləndirir. Azərbaycana da müəyyən təsirləri qaçılmazdı”.

Xosrov
Xəbəri paylaş