Newscenter.az.4.10.2019. Bakı şəhərində, eləcə də “Azəriqaz” İstehsalat Birliyinin Gəncə, Ağsu və Salyan Regional qaz istismarı İdarələrində (RQİİ) istismar müddətini başa vurmuş mexaniki, köhnə nəsil smart-kart tipli qaz sayğaclarının yeni müasir smart-kart tipli İtron Gallus Pay G-4 NGPP sayğaclarla əvəzlənməsi davam edir.
“Azəriqaz” İstehsalat Birliyindən Newscenter.az-a bildirilib ki, təkcə Ağsu RQİİ-nin xidmət sahələrində avqustun 1-dən oktyabrın biri tarixinədək 3149 sayğac yenisi ilə əvəzlənib. Qeyd edilən regional idarə üzrə bundan sonra ümumilikdə dəyişdirilməli sayğacların sayı 50 285 ədəddir.
Zaur