Newscenter.az.7.10.2019. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində “EKTİS” qeydiyyat və məlumatların bəyan edilməsi ilə bağlı regional “ASAN xidmət” mərkəzlərində xidmət göstərəcək Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına təlimlər davam edir.
Newscenter.az nazirliyə istinadən xəbər verir ki, təlimlər Şamaxı, Kürdəmir, Gəncə, Bərdə və Tovuz “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcək şəxslərə keçirilib. Nazirliyin Təhsil və təlim şöbəsinin Təlimin təşkili və monitorinqi sektorunun müdiri Fidan Fətəliyeva “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi və EKTİS-də qeydiyyatla bağlı təlimlər keçib.
Orxan