Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ilin 9 ayında Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1211 müraciət daxil olub



Newscenter.az.7.10.2019. 2019-cu ilin 9 ayı ərzində Energetika Nazirliyinin Çağrı Mərkəzi tərəfindən 1211 zəng qəbul edilib.

Newscenter.az-a nazirliyin mətbuat xidmətindən bildirilib ki, müraciətlər əsasən, elektrik enerjisi və qaz təchizatı məsələlərini əhatə edib. Bunlardan 548-i enerji təchizatı, 339-u qaz təchizatı, 44-ü elektrik və qaz sayğaclarının quraşdırılması, 8-i istilik sisteminə qoşulma, 109-u isə digər məsələlərlə bağlı müraciətlər olub. Daxil olan zənglərin 163-nü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür zəngləri təşkil edib.

Hesabat dövründə qaz təchizatı üzrə qəbul edilən zənglərdən 146-ı Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər olub ki, bu zənglər operativ şəkildə “Azəriqaz” İB-nin 104, 185 və 521-33-44 qaynar xətt nömrələrinə ötürülərək yaranmış vəziyyətlə bağlı məlumat verilib.

Cağrı Mərkəzi vasitəsilə nazirliyə daxil olan bütün zəng və sorğular çevik şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər operativ şəkildə aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Zaur
Xəbəri paylaş