Newscenter.az.7.10.2019. Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı bu həftə Şabran, Qusar, Xaçmaz, Masallı, Cəlilabad, Zaqatala, Qax, Oğuz, Qəbələ, Goranboy, Beyləqan, Füzuli, Saatlı və İmişli rayonlarında baş tutacaq. Oktyabrın 8-də Şabranın Gənolob, Zaqatalanın Danaçı, Goranboyun Gülzarlar kəndində; oktyabrın 9-da Qusarın Şirvanovka, Qaxın Qaradolaq, Beyləqanın Aşqarlar kəndində; Oktyabrın 10-da Xaçmazın Dədəli, Oğuzun Yaqublu, Füzulinin Kürdmahmudlu kəndində; Oktyabrın 11-də Masallının Viləş, Qəbələnin Çuxur Qəbələ, Saatlının Nəsimikənd kəndində; oktyabrın 12-də Cəlilabadın Alqasımı, Qəbələnin Bunud, İmişlinin Aranlı kəndində təşkil ediləcək.
Həmçinin ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.
Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.
Orxan