Newscenter.az.8.10.2019. “Əli Əsədovun ölkənin Baş naziri postuna təyinatı yüksək qiymətləndirilməlidir. O, peşəkar iqtisadçı və kifayət qədər bacarıqlı bir təşkilatçıdır”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən sabiq malıyyə naziri Fikrət Yusifov deyib ki, hələ 90-cı illərin ikinci yarısında, Əli Əsədovun prezidentin iqtisadi məsələlər üzrə köməkçisi postuna təyinatından sonra birlikdə ölkənin iqtisadi problemlərini saatlarla müzakirə edərkən onun nə qədər ağıllı bir iqtisadçı olduğunun şahidinə çevrilib:
“Əli Əsədov ölkənin iqtisadi problemlərini və bu problemlərin həlli yolllarını kifayət qədər yaxşı bilir. Heç şübhəsiz ki, indiki həssas dönəmdə onun bu vəzifəyə təyinatı təsadüfi deyil. Düşünürəm ki, Əli Əsədovun bu posta ölkənin iqtisadi və maliyyə sistemində gözlənilən koordinal islahatlar, o cümlədən, kadr islahatları ərəfəsində gətirilməsi təsadüfi sayıla bilməz”.
Xosrov