Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb



Newscenter.az.11.10.2019.
İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Quo Min ilə görüşüb.

Newscenter.az xəbər verir ki, Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan Çinlə ikitərəfli əlaqələrə böyük önəm verir və müxtəlif istiqamətlər üzrə səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycan Çinlə əməkdaşlığın bütün sferalarda genişləndirilməsində maraqlıdır. Dövlət başçılarının siyasi iradəsi, yüksək səviyyəli səfərlər və keçirilən görüşlər tərəfdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Çin beynəlxalq arenada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. 2015-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Çinə dövlət səfəri ilə əlaqələrin inkişafında yeni mərhələnin əsası qoyulub, səfər çərçivəsində mühüm razılaşmalar əldə edilib, “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi barədə Memorandum imzalanıb.

Nazir qeyd edib ki, ikitərəfli əlaqələrdə ticarət sahəsi mühüm yer tutur. Azərbaycan və Çin arasında ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 2 dəfə artıb. Azərbaycanda ticarət, xidmət, sənaye, tikinti, maliyyə, kənd təsərrüfatı və s. sahələrdə 120-dək Çin investisiyalı şirkət fəaliyyət göstərir. Çin şirkətləri Azərbaycanın dövlət layihələrində də iştirak edirlər.

Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası ölkələrimiz arasında əlaqələrin genişlənməsində əlverişli platformadır. Çində Azərbaycanın ticarət nümayəndəliyi, ticarət və şərab evləri fəaliyyət göstərir. Təşkil edilən biznes forumlar, ixrac missiyaları, sərgilər və digər tədbirlər əməkdaşlığın genişləndirilməsində önəmli rol oynayır.

Nazir qeyd edib ki, Azərbaycan şirkələri Çində keçirilən sərgilərdə fəal iştirak edirlər. Azərbaycan bu ilin noyabrında Şanxayda keçiriləcək 2-ci Çin Beynəlxalq İdxal Məhsulları Sərgisində təmsil olunacaq.

Azərbaycanın Çinlə iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıran İqtisadiyyat naziri ticarət, investisiya, nəqliyyat-tranzit, İKT, kənd təsərrüfatı, maliyyə, turizm və s. sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialı vurğulayıb.

Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, qeyri-neft sektorunun uğurla inkişaf etdiyini diqqətə çatdırrarq Çin şirkətlərini Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət edib. Nazir qeyd edib ki, sənaye sahəsində bir sıra layihələr üzrə artıq razılaşmalar əldə edilib.

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Quo Min Azərbaycan və Çin arasında əlaqələrin inkişaf etdiyini, Çinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini diqqətə çatdırıb. Qarşılıqlı ticarət dövriyyəsi artır, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Azərbaycanın əlverişli və unikal coğrafi mövqeyini vurğulayan səfir nəqliyyat, kənd təsərrüfatı, investisiya və digər sahələrdə əlaqələrin inkişafı üçün potensialı, ölkəsində Azərbaycanın aqrar məhsulları və şərablarının çox tanındığını, onlara tələbat olduğunu qeyd edib.

Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də bu ilin noyabrında Şanxayda keçiriləcək 2-ci Çin Beynəlxalq İdxal Məhsulları Sərgisi barədə müzakirələr aparılıb.

Zaur
Xəbəri paylaş