Newscenter.az.18.10.2019. Cari ilin 9 ayı ərzində ümumilikdə 266 milyard kubmetr qaz hasil olunub. Newscenter.az SOCAR-a istinadən xəbər verir ki, üçüncü rüb də daxil olmaqla bu il yeraltı anbarlara 2,17 milyard kubmetr təbii qaz vurulub. Hazırda qaz anbarlarında 2,98 milyard kubmetr qaz var və anbarlara qazın vurulması prosesi davam etdirilir.
Cari ilin 3-cü rübündə SOCAR tərəfindən 145,99 milyon m3 qaz ixrac olunub. Ölkə üzrə ixrac olunan qazın göstəricisi 2,710 milyard kubmetr təşkil edib. Bu ilin 9 ayı ərzində xarici bazarlara ölkə üzrə 8,211 milyard kubmetrdən, SOCAR üzrə isə 1,112 milyard kubmetrdən artıq qaz ixrac olunub.
Üçüncü rüb ərzində SOCAR tərəfindən xam neftin ixracı 5,513 milyon ton təşkil edib. Şirkət eyni zamanda Azərbaycandan 53214 min ton həcmində neft və neft-kimya məhsulları ixrac edib.
Zaur