Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək



Newscenter.az.22.10.2019. Oktyabrın 24-də Bakıda “Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi” mövzusunda Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək.

Newscenter.az-a Energetika Nazirliyindən daxil olan məlumata görə, dörd sessiyadan ibarət olacaq forumdabərpa olunan enerjinin inkişafı vətexnologiyaların rolu, bərpa olunan enerji mənbələrindən istifadə və tənzimləyici mexanizmlər, enerji səmərəliliyinin təşviqi - ən yaxşı təcrübələrin bölüşdürülməsi, regional səviyyədə təchizat təhlükəsizliyimövzuları çərçivəsində müzakirələr aparılacaq.

Forumda 13 ölkənin-Azərbaycan, Türkiyə, Gürcüstan, Avstriya, Çin, Yunanıstan, Albaniya, Xorvatiya,İspaniya, Banqladeş, Bosniya və Hersoqovina, Burundi, Yəməninyüksək səviyyəlidövlət rəsmiləri, 42 beynəlxalq təşkilat, yerli və xaricienerji şirkətləri, dövlət qurumlarınıntəmsilçiləri, eləcə də xarici ölkələrin Azərbaycandakı səfirliklərininnümayəndələri,ekspertlər və mediadan ibarət200-ə yaxın şəxsiniştirakıgözlənilir.

Forumun açılışında Azərbaycanın Energetika naziri Pərviz Şahbazovvə Enerji Xartiyasının Baş katibi Urban Rusnakınçıxışı nəzərdə tutulub.

Azərbaycanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində Energetika Nazirliyi vəEnerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə keçirilənBeynəlxalq Enerji Xartiyası Forumugələcək prioritetləri və çağırışları müzakirə etmək üçün uğurlu platforma hesab edilir. Forum milli, regional, beynəlxalq ekspertlərtərəfindən energetika sektorunda qlobal innovasiya trendlərinin, eləcə də Enerji Xartiyasına üzv və müşahidəçi ölkələrin, Xartiyadan kənarda qalan dövlətlərin enerji sektorlarında inkişaf prosesləri və aparılan islahatlarla bağlı məsələlərin müzakirəsinə həsr ediləcək.

Zaur


Xəbəri paylaş